Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-05-2023 , 22:28

5023

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

QHT Agentliyinin dəstəyilə ali məktəbdə uşaqlara qarşı zorakılıqla

mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığa son deyək!” adlı maarifləndirmə kampaniyasının təşkili” layihəsinin icrasını davam etdirən “Ümman” Əlilliyi Olan Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən Odlar Yurdu Universitetində (OYU) maarifləndirici tədbir keçirilib.

Giriş nitqi ilə çıxış edən Birliyin sədr müavini prof Elşad Məmmədov iştirakçıları salamlayıb, belə bir aktual mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə QHT Agentlyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitlə əlaqədar isə OYU-nun rektorluğuna təşəkkürünü bildirib.

Diqqətə çatdırılıb ki, Ombudsman tərəfindən mayın 18-dən iyunun 18-ə kimi ölkədə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaqlara qarşı zorakılığa birlikdə son deyək!” devzi altında keçirilən tədbirin əsas məqsədi cəmiyyətdə bu məsələ ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına nail olmaqla belə neqativ halların qarısının alınmasına töhfə verməkdir.   

Daha sonra tədbirə ekspert qismində dəvət olunmuş məişət zorakılığından zərər çəkmiş uşaqlarla sosial iş üzrə mütəxəssis Gülnaz Məmmədli, həmçinin uşaq hüquqları üzrə ekspert, hüquqşünas Fariz Əkbərov tərəfindən maraqlı təqdimatlar nümayiş etdirilib.

Məişət zorakılığının, o cümlədən uşaqlara qarşı törədilən zorakılığın anlayışı, növləri, baş vermə səbəbləri, onun daha çox ehtimalı olunduğu yerlər, qarşısının alınması yolları, risk qrupları, uşaq qaynar xətt xidmətləri, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan və digər uşaqların hüquqlarının qorunması, nikah yaşı, ekrən evlilik problemləri, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, qısa və uzun müddətli mühafizə orderinin verilməsi, uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlərin hüquq və vəzifələri, habelə digər məsələlər barədə məlumatlar həmin təqdimatlarda öz əksini tapıb.

Tədbir diskusiya şəraitində başa çatıb və layihə çərçivəsində hazırlanaraq çap etdirilmiş buklet iştirakçılara təqdim olunub.

İnformasiya yayımı xidməti


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
995

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
770

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1511

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
770

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
810

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
853

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1123