Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2023 , 22:14

7830

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri haqda yalan məlumat yayan şəxs cəzalandırıldı

Füzuli rayon Əhmədbəyli bələdiyyəsi rayon sakini Taleh Qasımovun bələdiyyənin rəhbərliyi barəsində səsləndirdiyi ittihamlara cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bələdiyyənin açıqlamasında qeyd edilib ki, T.Qasımov ictimai nəzarət adı altında mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yalan, böhtan və şər xarakterli müraciətlər ünvanlayır:

“Taleh Qasımov “DOST İŞ Mərkəzi” MMC-də işləməsinə baxmayaraq, müxtəlif vaxtlarda şəxsi maraqları üçün araşdırmalar aparmağa çalışıb və həmin vaxtlar işdə olmayıb. Maraqlıdır ki, həmin dövrdə Taleh Qasımov işdə olmasa da, ona “DOST İŞ Mərkəzi” MMC tərəfindən əmək haqqı verilib. Belə görünür ki, T.Qasımov MMC-ni yalan və böhtan xarakterli müraciətlərlə hədələyir.

Əlavə olaraq, T.Qasımov 25.10.1996-cı il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 178.2 (dələduzluq), 179 (mənimsəmə və ya israf etmə), 38 (son zərurət) və 46-cı (müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə) maddələri ilə bilə-bilə yalan xəbərçilik etdiyinə və ifadə verdiyinə görə məhkum olunub.

Bu cür hərəkətlərin davamı olaraq, 03.05.2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsi tərəfindən Əhmədbəyli bələdiyyəsinin sədri barəsində yaydığı məlumatlar, o cümlədən “bələdiyyə sədri Fərhad Səfərov özünü şəhid ailəsi kimi təqdim edərək vəzifə səlahiyyətlərindən sui-istifadə edir və bələdiyyə sədri F.Səfərov Füzuli rayon Vergilər şöbəsinə saxta arayış təqdim etmişdir” ifadələri həqiqətə uyğun olmayan məlumatlar hesab edilib və həmin məlumatların yazılı şəkildə təkzib edilməsi vəzifəsi Taleh Qasımovun üzərinə qoyulub. Bundan başqa məhkəmə Taleh Qasımovdan mənəvi zərərin əvəzi olaraq 500 manat tutularaq iddiaçı Fərhad Səfərova ödənilməsi barədə qərar qəbul edib.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
838

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
704

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
657

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
528

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
721

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
537

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
742

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
926

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
609

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1005