Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2023 , 17:11

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri: “2022-ci il üzrə fəaliyyətində əsaslı irəliləyişlər olmuşdur”

Bələdiyyə sədri: “2022-ci il üzrə fəaliyyətində əsaslı irəliləyişlər olmuşdur”

“Xəzər rayonu Şağan bələdiyyəsinin 2022-ci il üzrə fəaliyyətində əsaslı irəliləyişlər olmuşdur”- bu fikirləri Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Sevinc Atayeva bildirib.

Sədr bildirib ki, 2022-ci ildə bələdiyyənin ümumi gəliri 31.562 manat, xərci isə 31.284 manat olub. Büdcə gəlirinin əsas mənbəyi  olan əmlak vergisi 21.034 manat, torpaq vergisi 4.528 manat, dövlət büdcəsindən bələdiyyə üçün ayrılmış dotasiya 6000 manat bələdiyyənin illik büdcəsini təşkil etmişdir. İllik proqnoz üzrə torpaq  vergisi 58%, əmlak vergisi isə 75% icra olunmuşdur.  

Maraqlı bir müqayisəni müzakirənizə təqdim edim:

-        2022-ci ilin ilk 3 ayı ərzində 902 manat torpaq vergisi, 3.585 manat isə əmlak vergisi büdcəyə daxil olmuşdur.   2023-cü ilin ilk 3 ayı ərzində isə 1.727 manat torpaq vergisi, 10.290  manat əmlak vergisi büdcəyə daxil olmuşdur. Bu da keçən ilki yığımdan  49% çoxdur.   Büdcə gəlirlərinə əsasən 2022-ci il məhsuldar il hesab etmək olar.  Əmək haqqı ödənişləri, digər idarəetmə xərcləri bələdiyyənun ümumi xərclərini təşkil edir. Belə ki, il ərzində idarəetmə orqanının saxlanılması xərcləri 24.529 manat, sosial müdafiə və təminat xərcləri isə 6.755 manat olmuşdur.

Qeyd edək ki, 2021-ci ildə Şağan Bələdiyyəsinin ümümi gəliri 21.898  manat, xərcləri isə 22.333 manat olmuşdur. Belə ki, 2021-ci il də 3.535  manat torpaq vergisi, 13.363 manat isə əmlak vergisi toplanmışdı. İllik  proqnoz üzrə torpaq vergisi 27.7%, əmlak vergisi isə 48.5% yerinə yetirilmişdir.

01.05.2022-ci il tarixinə DSMF-yə olan borc 11.078 manat olmuşdur. Keçən il ərzində əmək haqqına görə hesablanmış əmək haqqına görə  bütün cari borclar 5.203 manat ödənilmiş, keçmiş illərdən qalan borc da  9.000 manata endirilmişdir.  Keçmiş illərdən qalmış əmək haqqı borcları 13576 manatdan 9584  manata endirilmişdir. 01 may 2022-ci il tarixinə 2021-ci ilin dekabr, 2022-ci ilin 4 ayı (yanvar-aprel) aylarının əmək haqları 6.752 manat borc hissəvi şəkildə ödənilmişdir. 01 may 2023-cü il tarixinə əmək haqqı borcu və DSMF-yə cari borc yoxdur.

Sədr bildirib ki, bu gün əsas məqsədimiz DSMF və digər istiqamətlər üzrə olan borcları silməklə, sakinlərimizi narahat edən məsələlərin həllinə çalışmaqdır. Odur ki, vergi ödəyicilərmiz arasında maarifləndirmə işləri aparmaqla vergi yığımının həcmini artırmağa çalışırıq. Bununla bağlı müəyyən irəliləyişə naiı olsaqda bu bizi qane etmir. Fəaliyyətimizdə Xəzər RİH –in və Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrini nəzərə alır, habelə bələdiyyə iclaslarında sakinlərin müraciətlərinə diqqətlə yanaşaraq onun tez bir zaman kəsiyində həllinə çalışırıq.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şirvan Bələdiyyəsində tədbir keçirildi

Gündəlik Xəbərlər
03-04-2024

Bilgəh bələdiyyəsinə yeni sədr seçilib

Gündəlik Xəbərlər
02-04-2024