Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-05-2023 , 14:27

6798

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Regional ədliyyə idarəsinin təşkilatçılığı ilə  İmişli şəhəri Heydər Əliyev Mərkəzi ziyarət olunub

İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Yeni Azerbaycan Partiyasının İmişli rayon təşkilatının sədri Səfa Ağayevin, Rayon Məhkəməsinin, yerli icra və probasiya şöbəsinin, Rayon qeydiyyat şöbəsinin rəhbərliyi və kollektivi "Heydər Əliyev İli" çərçivəsində İmişli şəhəri Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Ümummilli Liderin 100 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinə təşkil olunan ziyarət zamanı tədbir iştiakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı faktlara, foto və videomateriallara, nadir eksponatlara baxıb, Mərkəzdə yerləşən sərgini gəzərək, Heydər Əliyev irsi barədə bilgilər əldə ediblər. Məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. 

Daha sonra tədbir Mərkəzdə yerləşən konfrans zalında davam etdirilmiş, iştirak edən şəxslərin çıxışlarında Ulu Öndərin 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin hakmiyyəti dövründə 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi, Ədliyyə Nazirliyinin sonrakı inkişaf yolundan, məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verilib, Ümummilli Liderin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində əldə olunan mühüm nailiyyətlər qeyd edilib. Ulu Öndərin yüksək dövlətçilik amallarının və siyasi kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilərək respublikamızın davamlı tərəqqiyə nail olunması, müasir çağırışlara uyğun aparılan məhkəmə-hüquq islahatlarının dünyada təqdir olunan müsbət nəticələri vurğulanıb.  

Sonda xatirə şəkli çəkdirilib.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
368

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
729

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
707

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
582

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
800

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
707