Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2023 , 22:18

3386

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İsmayıllı bələdiyyəsinin təşəbbüsü ilə dəyirmi masa keçirilib

28 aprel 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində İsmayıllı bələdiyyəsinin iş planına uygun, təşəbbüs və dəstəyi, İsmayıllı Dağlıq Şirvan Təhsil İdarəsinin İsmayıllı Rayon Sektorunun yaxından köməkliyi Heydər Əliyev Mərkəzinin ev sahibliyi ilə “Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Mərkəzin rəhbərliyi, bələdiyyə üzvləri, İsmayıllı şəhərindəki tam orta məktəblərinin hər birindən 4 nəfər şagird, məktəblərin uşaq birliyi rəhbərləri iştirakçı olub.

Tədbirin açılış hissəsində İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin şagirdləri Ulu öndərə həsr olunmuş şeirlərdən parçalar səsləndiriblər. Çıxışlar alqışlarla qarşılanıb

Dəyirmi masa iştirakçıları həmin gün anadan olmasının 100 illiyi tamamlanan və ölkədə dərin ehtiramla anılan dünya şöhrətli  aftolmoloq həkim Zərifə xanım Əliyevanının da əziz xatirəsini yad ediblər.

Bələdiyyənin sədri Pərviz Ağayev Ulu öndərin keçirdiyi mənalı, şərəfli, hər bir azərbaycanlı üçün örnək olmalı ömür yolundan, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bələdiyyə sədri dahi şəxsiyyətin ideyalarına sadiq qalmağı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İsmayıllı Dağlıq Şirvan Təhsil İdarəsinin İsmayıllı Rayon Sektorunun əməkdaşı Ülviyyə Zeynalova dəyirmi masanın mövzusunu elan edib, qısa giriş nitqi söyləyib. Maraqlı başlayan dəyirmi masada şagirdlərin Ulu öndərlə bağlı məzmunlu və maraqlı çıxışları ilə davam edib.

Kifayət qədər maraqlı keçən dəyirmi masa elə maraqlı sonluqla da nəticələnib. Belə ki, 3 fərqli qalibi və hər məktəb üzrə fərqlənən şagirdi müəyyən etmək də elə şagirdlərin öhtəsinə buraxılıb. İştirakçıların ədalətli münsifliyindən sonra qaliblərə tutduqları yerə görə İsmayıllı bələdiyyəsinin Diplom və qiymətli hədiyyələri, fərqlənənlərə Diplomlar təqdim olunub.

Ulu öndərə dərin sevgi nümayiş etdirən dəyirmi masa iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
368

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
729

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
707

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
582

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
800

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
707