Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-04-2023 , 23:00

7006

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Hirkan Milli Parkında turist marşrutları yeni nişanlarla tənzimlənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çex Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində Hirkan Milli Parkında turizm cığırının “çex modeli” üzrə nişanlanması həyata keçirilib. Tədbirdə ETSN-in, Çexiya səfirliyinin, Dövlət Turizm Agentliyinin və Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak edib.  Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, 2019-cu ildən başlayaraq Azərbaycanda turizm cığırlarının bu üsulla nişanlanmasının tətbiqi ölkəmizdə ekoturizm fəaliyyətinin müasir standartlara uyğun qurulmasına və turistlərin marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək. A.Babayevanın sözlərinə görə, bir çox ölkələrdə bu nişanlanma modeli tətbiq olunur və eyni təcrübənin digər milli parklarda da həyata keçirilməsi planlaşdırlır.  “Tədbirin davamı olaraq qonaqların iştirakı ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib və Xanbulançay su anbarına çəkikimi balıq körpələri buraxılıb”.

http://eco.gov.az/az/nazirlik/xeber?newsID=17311


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
302

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
749

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
621

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
584