Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-04-2023 , 09:53

6112

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: "30 noyabr tarixində Dövlət Ekoloji  Ekspertiza Agentliyinə ünvanladığımız müraciətə hələ də cavab verilməyib"

Təmraz Tağıyev:  “30 noyabr tarixində Dövlət Ekoloji Ekspertiza Agentliyinə ünvanladığımız müraciətə hələ də cavab verilməyib”  BƏLƏDİYYƏ SƏDRİNDƏN SƏRT İTTİHAM

“Bu gün bələdiyyələrdən daxil olan müraciətlərə Dövlət Ekoloji Ekspertiza Agentliyinin vaxtında cavab verməməsi nəticə etibaryılə  qurumuş ağacların təhlükə risqini bir xeyli artırmış olur”- bu fikirləri Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, ötən ilin sonunda BŞİH-nin Yaşıllaşdırma idarəsinin əməkdaşlarıyla birgə aparılan monitorinq zaman  rayon ərazisində  221 qurumuş ağacın siyahısı küçə və prospektlər üzrə  tərtib edilərək qanunvericilik qaydasında müvafiq rəyin alınması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəsmi şəkildə müraciət edilmişdir.

Siyahıya isə ilk növbədə götürülməsi vacib olan ağaclar salınmışdır. Təəssüf hissiylə bildirmək istərdik ki, 30 noyabr 2022-ci il tarixində göndərilən məktuba  bu günədək Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən  cavab verilməyib. Agentliyin bu cür etinasız addımı sayəsində köküstə qurumuş ağacların bəziləri yıxılaraq vətəndaşlara ciddi ziyan vurmuşdur.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəsmilərinin bu cür vacib məsələyə qeyri-ciddi yanaşması  bələdiyyələrə problem yaratmaqla yanaşı həm də, vətəndaşı bələdiyyədən və müvafiq mərkəzi icra orqanından narazı salır. 

Düşünmək olar ki, bizim bu müraciətimizdən nəticə cıxararaq Dövlət Ekoloji Ekspertiza Agentliyində çalışan məmurlar, cənab Prezidentin söylədiyi kimi,  xalqın  xidmətçisi olmağa çalışacaqlar.

 P.S. Məlumatda adıçəkilən orqanında məsələyə münasibətini verməyə hazırıq. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
419

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
454

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
502

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
607

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1039

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1163