Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-04-2023 , 14:46

2356

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: "Nərimanov Cümə Məscidinin bələdiyyənin balansına verilməsi yerli özünüidarəetmə orqanlarına olan həm də böyük etimaddir" 

“Nərimanov rayonunda bu günlərdə açılışı həyata keçirlən “Cümə” məscidinin  bu gün Nərimanov  bələdiyyəsinin balansına verilməsiylə bağlı təhvil-təslim  prosesi başa çatıb” – bu fikirləri Belediyye.infoya adıçəkilən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, çox yüksək səviyyədə və müasir tələblərə uyğun şəkildə əsaslı təmir edilərək  müqəddəs Razaman bayramı günlərində dindarların və inanclı insanların istifadəsinə verilməsi əlamətdar bir hadisədir.

Sədr bildirib ki, bu gün multikultural ənənələri qoruyub saxlayan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dini abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür.

Hazırda Cümə məscidinin bələdiyyənin balansına verilməsi isə yerli özünidarəetmə orqanlarına olan həm də böyük etimaddır. Nərimanov bələdiyyəsi olaraq bu etimadi doğrultmaq üçün bütün qüvvələrimizi səfərbər edəcəyik.

Əlavə olaraq məsciddə tələb olan avadanlıqların alınması və məscid kitabxanasının daha da zənginləşdirilməsi üçün bələdiyyə icaslının qərarıyla bir sıra adıdmların atılması qərara alınıb.

Qeyd edək ki, bu gün bələdiyyə sədrinin həmdə məscidə  təyinat alan imamlarla - Ceyhun  Rüstəmov və Araz Abdullayevlə görüşləri olub. Görüşlərdə bələdiyyə sədri məscidin gələcək fəaliyyətiylə bağlı öz tövsiyələrini vermiş və  imamlara  gələcək fəaliyyətində uğurlar arzulamışdır.  

Xəbər verildiyi kimi aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmir və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Qeyd edək ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.

Hazırda eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
544

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
376

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
371

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
274

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
417

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
264

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
422

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
634

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
395

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
715