Azərbaycanda bələdiyyələrlə iş portalı yenilənib
"Azərbaycanda bələdiyyələrlə iş portalı yenilənib. İnternet resursu Ədliyyə Nazirliyinin saytında ayrıca bölmə kimi yaradılaraq müasir tələblərə uyğun hazırlanıb"- Bu barədə məlumatı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəis müavini Elmin Həsənov bildirib.
Rəis müavini bildirib ki, bələdiyyələrin fəaliyyətində səmərəliliyin və aşkarlığın artırılması məqsədilə portalda ictimaiyyət üçün açıq olan faydalı bölmələr, o cümlədən ölkədə yerli özünüidarəetmə sisteminin tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s. barədə məlumatlar yerləşdirilib.
Eyni zamanda internet resursunda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər – metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb. Portal bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət icraatının avtomatlaşdırılmış rejimdə aparılmasını, o cümlədən elektron sənəd mübadiləsini mümkün etməklə, həmçinin bələdiyyələrə şəxsi kabineti vasitəsilə iclas protokollarını (aktlarını) elektron qaydada tərtib etmək imkanı yaradır.
Belediyye.info
Rəylər
0 Rəy