Azərbaycanda geniş qeyd edilən “Heydər Əliyev ili” çərçivəsində Səbail rayonunda müxtəlif tədbir və aksiyalar davam edir. Belediyye.infoya daxil olan məlumata görə, bununla əlaqədar Səbail RİH-in təşəbbüsü və Səbail bələdiyyəsinin təşkilatçılığı, o cümlədən rayon bələdiyyələrinin iştirakıyla ağacəkmə aksiyası keçirib.
Tədbirdə Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədov, Bibiheybət Bələdiyyəsinin sədri Validə Həsənova, bələdiyyənin üzv və əməkdaşları, Rayon İcra Hakimiyyətinin 2 saylı ərazi üzrə nümayəndəsi Mübariz Güləhmədov iştirak ediblər. Aksiya zamanı 100 ədəd Eldar şamı əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd Səbail rayonunda yaşıllıq əraziləri genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.