Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-04-2023 , 23:41

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

 Belediyye.info Report.az istinadən xəbər veir ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları sözügedən aksiyaya qoşulublar.

“Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən aksiya paytaxtın Nərimanov rayonu ərazisində keçirilib.

Aksiya çərçivəsində Nərimanov rayonu bələdiyyəsinin yeddi hektarlıq ərazisində Ombudsman Aparatının əməkdaşları tərəfindən müxtəlif cinsli ağac tingi əkilib.

Ombudsman Səbinə Əliyeva bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə ekoloji problemlərin həlli, təbii sərvətlərdən səmərəli istifadə məsələlərini daim diqqət mərkəzində saxlayıb:

O vurğulayıb ki, Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər dövlət siyasətinin prioritet istiqamətlərindəndir biridir:

"Ulu öndər Heydər Əliyevin ölkəmizin müxtəlif sahələrinə olan diqqət və qayğısı, ekologiya və təbiətin mühafizəsi sahəsində də daim özünü büruzə verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı olaraq geniş tərkibdə bu cür ağacəkmə kampaniyasına qoşulmaqdan qürur hissi keçirtdiyimizi xüsusilə vurğulamaq istəyirəm. Ombudsman Aparatı olaraq, mütəmadi şəkildə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmininə yönəlmiş bu cür təşəbbüslərə qoşuluruq.

Düşünürəm ki, qlobal səviyyədə ekoloji problemlərin getdikcə artdığı bir zamanda gələcək nəsillərimizə də örnək olacaq bu cür aksiyalar vasitəsi ilə, onların daha yaxşı, daha təmiz və ekoloji cəhətdən sağlam mühitdə yaşaması üçün hər birimiz əlimizdən gələni etməliyik.

Fürsətdən istifadə edərək, hər kəsi ətraf mühitin mühafizəsində və yaşıllıqların artırılmasına xidmət edən bu cür aksiyalarda fəal iştirak etməyə çağırıram". 

Belediyye.infonun əldə etdiyi məlumata görə, Nərimanov bələdiyyəsinin xidmət sahəsi olan yeddi hektarlıq yaşıllıq zolağında həyata keçirilən  ağacəkmə aksiyasıyla bağlı təşkilatı məsələlərin həllində   Azərbaycan Şəhər Bələdiyyələrinin Mliil Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev də yaxından iştirak edib.

Belediyye.info   



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024