Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2023 , 21:29

5383

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +
Səbail bələdiyyəsi yeni internet resursunu təqdim edib

Bu gün Səbail bələdiyyəsinin inzibati binasında bələdiyyənin yeni internet resursunun təqdimatı keçirilib. Təqdimatda Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova, Səbail RİH başçısının 2 №-li Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Güləhmədov, Badamdar bələdiyyəsinin baş mühasibi İradə Kərimova, habelə Səbail bələdiyyəsinin üzv və qulluqçuları, habelə "Bələdiyyələrin fəaliyətinin təbliği" İcitmai birliyinin sədri Vüqar Tofiqli iştirak edib. Bələdiyyənin yeni internet resursunu təqdim edən Səbail bələdiyyəsinin Gənclər, gender, informasiya və layihələrlə iş şöbəsinin müdiri Xatun Kərimova saytın yaradılmasının məqsəd və məramı, o cümlədən saytın strukturu barədə geniş məlumat verib. Bələdiyyənin sədri Hacı Əliyev müasir dövrdə interent resursun yaradılmasının mühüm əhəmiyyətini vurğulayaraq, bələdiyyə kollektivinin hər bir üzvünün üzərinə böyük məsuliyyət yükü düşdüyünü, onların bu vəzifənin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib. Sədrin sözlərinə görə, fəaliyyətimizi təbliğ etməklə, həm də sayt vasitəsiylə seçicilərimizlə əlaqələr daha səmərəli şəkildə qurulacaqdır. Təqdimatda mövzu ilə əlaqəli geniş müzakirə keçirilmiş, çıxış edənlər öz tövsiyələrini vermişlər. Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
616

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
941