Sabiq bələdiyyə sədrinə ağır itki üz verib
Səbail rayonu Badamdar Bələdiyyəsinin sabiq sədri Təzəxan Məmmədovun atası Qılınc Dünyamalı oğlu Məmmədov vəfat edib.
Qeyd edək ki, mərhum Qılınc Məmmədov uzun illər Cəlilabad rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb, rayonun tanınmış ziyalılarından idi.
Təzəxan Məmmədova, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik.
Allah rəhmət eləsin!
Mərhumun 3 mərasimi doğulduğu Cəlilabad rayonunun Sabirabad kəndində keçiriləcək.
Belediyye.info
Rəylər
0 Rəy