Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 23:42

77

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan nümayəndə heyəti CORLEAP-ın 15-ci İllik Yığıncağında iştirak edib

Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransında (CORLEAP) təmsil olunan Azərbaycan nümayəndə heyətinin yeni tərkibi – Arzu Abdullayev, Təmraz Tağıyev, Nigar Tağıyeva və nümayəndə heyətinin katibi Rövşən Məmmədov CORLEAP-ın 14 sentyabr 2026-cı il tarixində Moldova Respublikasının Kişinyov şəhərində keçirilən 15-ci İllik Yığıncağında iştirak edib.

 Tədbirin işinə CORLEAP Bürosunun iclası ilə başlanılıb. İclasda CORLEAP Bürosunda Azərbaycanı təmsil edən Arzu Abdullayev də iştirak edib. CORLEAP-ın 15-ci İllik Yığıncağının açılışında CORLEAP-ın həmsədrləri – Moldova Respublikasının Edineț bələdiyyəsinin meri Konstantin Kojokari və Fransa Respublikasının Burqundiya-Franş-Konte regionunun vitse-prezidenti Patrik Molinoz çıxış ediblər.

 Yığıncağın gündəliyində duran ilk məsələlərdən biri “Şərq Tərəfdaşlığı ölkələrində xarici informasiya manipulyasiyası və müdaxiləsinə qarşı mübarizə və yerli və regional medianın təşviqi” mövzusuna həsr olunub. Müzakirələrdə bir sıra siyasətçilər və ekspertlərlə yanaşı, Azərbaycan nümayəndə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev də çıxış edib. Arzu Abdullayev çıxışında xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizədə məlumatlı və dayanıqlı cəmiyyətin formalaşdırılmasının, media və rəqəmsal savadlılığın artırılmasının, yerli və regional medianın gücləndirilməsinin, eləcə də süni intellektin yaratdığı yeni çağırışlar qarşısında yerli idarəetmə orqanlarının institusional imkanlarının artırılmasının vacibliyini vurğulayıb.

 

Daha sonra “Şərq Tərəfdaşlığı ölkələrində yerli və regional səviyyədə qərarların formalaşdırılması prosesinin gücləndirilməsi” mövzusunda debat keçirilib.

 Yığıncağın yekun hissəsində “Yerli və regional səviyyədə dövlət idarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Akademiyası (EPAPA)” pilot layihəsinin təqdimatı keçirilib. Təqdimat zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, Nərimanov Bələdiyyəsinin və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev çıxış edib. Təmraz Tağıyev çıxışında EPAPA pilot layihəsinin Azərbaycanda yerli idarəetmə üzrə inzibati potensialın, xüsusilə resursların idarə edilməsi və rəqəmsallaşma sahələrində gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, layihənin növbəti mərhələsi üçün çoxsəviyyəli idarəetmə, rəqəmsal transformasiya və innovasiya, eləcə də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin bələdiyyələri arasında institusional əməkdaşlıq və təcrübə mübadiləsinin əsas prioritetlər kimi müəyyən edilməsini təklif edib.

 Qeyd edək ki, 2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilən Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransı (CORLEAP) Avropa İttifaqı–Şərq Tərəfdaşlığı çərçivəsində yerli və regional hakimiyyət orqanlarını bir araya gətirən platforma kimi fəaliyyət göstərir.

 Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
209

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
805

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
842