Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-05-2026 , 00:06

84

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ötən il 390 bələdiyyənin büdcə gəlirində azalma müşahidə olunub: TƏHLİL 

Ötən il  21 rayonda formalaşan bələdiyyənin ümumi büdcə gəlirində azalma müşahidə olunub. Bu  azalma  ümumilukdə 237 bələdiyyəni əhatə edib. Dövlət Statistika Komitəsinin məlumatına görə,  ümumi ölkə bələdiyyələri üzrə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsində 32 faiz azalma baş verib.

Qobustan rayonunda formalaşan 5 bələdiyyənin büdcə gəliri 2024-cü illə müqayisədə  49.5 faiz , Ağdam rayonunda formalaşan 8 bələdiyyənin büdcə gəlirlərində  45.2 faiz, Salyan rayonunda formalaşan 14  bələdiyyənin büdcə gəliri 43.8 faiz, Qəbələ rayonunda formalaşan 12 bələdiyyənin büdcə gəliri 31.9 faiz, Oğuz rayonunda formalaşan 6 bələdiyyənin büdcə gəliri 22.2 faiz, Şamaxı rayonunda formalaşan 10 bələdiyyənin büdcə gəliri 20.8 faiz, İsmayllı rayonunda formalaşan 11 bələdiyyənin büdcə gəliri 20.3 faiz, Sabirabad rayonunda fromalaşan 18 bələdiyyənin büdcə gəliri 20.2 faiz, Goranboy rayonunda fromalaşan 17 bələdiyyənin büdcə gəliri 16.9 faiz,  Füzuli rayonunda formaşalan 7  bələdiyyənin büdcə gəlirində 15.9 faiz, Qax rayonunda formaşalan 8  bələdiyyənin büdcə gəlirində 13.5 faiz, Siyəzən rayonunda formaşalan 3  bələdiyyənin büdcə gəlirində 11.2 faiz, Şəki rayonunda formaşalan 17  bələdiyyənin büdcə gəlirində 11.1 faiz, Qusar rayonunda formaşalan 10   bələdiyyənin büdcə gəlirində 10.0 faiz, Xaçmaz rayonunda formaşalan 13 bələdiyyənin büdcə gəlirində  9.7 faiz, Beyləqan rayonunda formaşalan 16  bələdiyyənin büdcə gəlirində 9.1 faiz, Agsu rayonunda formaşalan 10  bələdiyyənin büdcə gəlirində 5.2 faiz, Neftçala rayonunda formaşalan 8  bələdiyyənin büdcə gəlirində 4.7 faiz, Quba rayonunda formaşalan 21  bələdiyyənin büdcə gəlirində 3.9 faiz, Biləsuvar rayonunda formaşalan 11  bələdiyyənin büdcə gəlirində  2.7 faiz, Abşeron rayonunda formaşalan 12 bələdiyyənin büdcə gəlirində 1.1 faiz  azalma müşahidə olunub.

Bu azalmalar əsasən bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı olub. 21 rayon bələdiyyələrindən yalnız Ağdam və Quba bələdiyyələrinin mülkiyyətin özgəninkiləşdirilməsində artım müşahidə olunub.

Ağdam bələdiyyələrində mülkiyyətin özgəninkiləşdirilməsi  2.9 dəfə, Quba bələdiyyələrində mülkiyyətin özgəninkiləşdirilməsi  74.8 faiz artsada digər 19 bələdiyyənin büdcə gəlirlərində əsas azalma məhz bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı olub.

Siyahı Dövlət Statistika Komitəsinin məlumatları əsasında tərtib edilib. Ümumilikdə isə 208 bələdiyyənin büdcə gəlirində azalma məhz bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  ilə bağlı olub. Əlavə edək ki, büdcə gəliri artan rayon  bələdiyyələrinin  də bir qismində bələdiyyə mülikiyyətinin özgəninkiləşdirilməsində azalma müşahidə olunub.

Siyahını təqdim edirik:

1.      Şamaxı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  95.9 faiz azalıb

2.      Qobustan bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  92.6 faiz azalıb

3.      İsmayllı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  88.5 faiz azalıb

4.      Goranboy bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi 80.1 faiz  azalıb

5.      Qəbələ bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  72.4 faiz azalıb

6.      Xaçmaz bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  61.6 faiz

7.      Şəki bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  61.4 faiz azalıb

8.      Qusar bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  60.6 faiz azalıb

9.      Biləsuvar bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  55.9 faiz azalıb

10.  Oğuz bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi   50.3 faiz azalıb

11. Qax bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  40.6 faiz azalıb

12.  Siyəzən bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  38.1 faiz azalıb

13. Beyləqan bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  35.2 faiz azalıb

14. Agsu bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  28.3 faiz azalıb

15. Neftçala bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  26.5 faiz azalıb

16. Sabirabad bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi   22 faiz azalıb

17. Salyan bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  21.8 faiz azalıb

18. Abşeron bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi 21.3 faiz azalıb

19. Füzuli bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi  3.3 faiz azalıb

Büdcə gəlirində artım müşahidə olunan 15 rayonda formalaşan 182  bələdiyyənin büdcə gəlirində artım olsa da, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsində azalma olub.

1.  Daşkəsən rayonunda formalaşan 4 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində  81.9 faiz,

2. Göygöl rayonunda formalaşan 7 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində   38.3 faiz,

3.  Samux  rayonunda formalaşan 8 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində  61.7 faiz,

4. Ağcabədi  rayonunda formalaşan 15 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində  39.7 faiz,

5.  Ağstafa rayonunda formalaşan 12 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində  3.3 faiz,

6.  Gədəbəy rayonunda formalaşan 10  bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində  8.1 faiz,

7.  Tovuz rayonunda formalaşan 20 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində  43.4 faiz,

8.  Şabran rayonunda formalaşan 5 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində   18.9 faiz,

9.  Cəlilabad rayonunda formalaşan 19 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində  56.9 faiz,

10.  Lənkəran  rayonunda formalaşan 24 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində 13.5 faiz,

11.  Ağdaş  rayonunda formalaşan 11 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində 64.1 faiz,

12. Ucar  rayonunda formalaşan 9 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində 77.0 faiz,

13.  Zərdab rayonunda formalaşan 8 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində  26.7 faiz,

14. Balakən rayonunda formalaşan 13  bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində  58.2 faiz,

15. Zaqatala rayonunda formalaşan 17 bələdiyyənin mülkiyyətinin özgəninkiləşdirilməsində    19.1 faiz azalma olub.

Beləliklə, 34 rayonda formalaşan 390 bələdiyyənin büdcə gəlirində mülkiyyətin özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi kifayət qədər azalıb.  Bu isə ümumi bələdiyyələrin 57 faizi deməkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz