Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-03-2026 , 23:41

449

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrlə iş baş idarəsi Bakı bələdiyyələrin iştirakı ilə növbəti seminar-təlimlər təşkil olunub

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin iştirakı ilə növbəti seminar-təlimlər təşkil olunub.

Videokonfrans formatında keçirilən təlimlər “Bələdiyyə iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi”, “Vətəndaş-bələdiyyə münasibətlərinin, o cümlədən vətəndaşların qəbulu işinin düzgün təşkil edilməsi və bələdiyyələrin fəaliyyətində aşkarlıq” və “Korrupsiyaya qarşı mübarizə əhalinin yerli özünüidarəetməyə olan etimadının yüksəldilməsində əsas amil kimi” mövzularını əhatə edib.

Ümumilikdə 45 nəfərin iştirak etdiyi təlimlərdə yerli özünüidarəetmədə kollegiallıq prinsipinin mahiyyəti, iclasların çağırılması və keçirilməsi qaydaları, qəbul edilən qərarların və protokolların qanunvericiliyə uyğun tərtibi barədə ətraflı məlumat verilib.

Eyni zamanda, vətəndaş məmnunluğunun prioritet istiqamət kimi müəyyənləşdirilməsi, xüsusilə həssas qruplara aid şəxslərin qəbuluna diqqətin artırılması, şəffaflıq və hesabatlılığın təmin olunması, korrupsiya riskləri və onların qarşısının alınması mexanizmləri izah olunub və müvafiq tövsiyələr verilib.

Təlimlərdə iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bələdiyyələrlə iş baş idarəsi  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
986

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
870

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1293

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1199

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
849

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
897