Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2026 , 19:52

80

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Arzuxan Əlizadə: “Təəssüflər olsun ki, Bakı şəhərində bələdiyyələrə aid olan torpaq sahələrinin xəritələri hələ də hazır deyil”

Azərbaycanda 27 ildir ki, bələdiyyələr yaradılıb. Lakin ötən dövr ərzində bir sıra bələdiyyələrin torpaq sahələrini müəyyən edən xəritələr yerli bələdiyyələrə təqdim edilməyib. Bu da ciddi problemlər yaradır.

Bu problemlərdən biri və ən vacibi bələdiyyə torpaqlarında ev tikən vətəndaşların çıxarış ala bilməməsidir. Maraqlıdır ki, Bakı şəhərindəki bələdiyyələrin xəritəsi bu günə qədər hazırlanmayıb. Bu xəritə olmadığı üçün bələdiyyə sərəncamı ilə torpağı olan vətəndaşlar ciddi problemlə üz-üzə qalıb.

Məsələnin bu qədər uzanması isə təəccüb və təəssüf doğurur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə deyib ki, bələdiyyələrə aid torpaqların xəritələrinin verilməsinə dair məsələ uzun illərdir gündəmdədir:

 “Bu hər birimizi narahat edən məsələdir. Azərbaycan Konstitusiyasına görə 3 mülkiyyət növü var: dövlət, özəl və bələdiyyə. Təəssüflər olsun ki, xüsusən Bakı şəhərində bələdiyyələrə aid olan torpaq sahələrinin xəritələri hazır deyil.

Bir müddət əvvəl bu prosesə başlanıldı. Çox təəssüf olsun ki, hansısa səbəbdən bələdiyyə torpaqlarının xəritəsi və bələdiyyə sərhədlərinin dəqiqləşdirilməsi yekunlaşdırılmayıb. Bu da ciddi narahatlıq doğurur və bələdiyyələrin fəaliyyətinə köklü problemlər yaradır. Bütün hallarda bu prosesin ləngiməsi sosial-iqtisad problemdir. Ümid edirik ki, bu il nəhayət ki, bu proses yekunlaşacaq”.

Müsahibimiz onu da qeyd edib ki, bələdiyyələrin birləşməsi prosesi reallaşdırılıb:

“Əgər əvvəllər 1600-dən artıq bələdiyyə fəaliyyət göstərirdisə, hazırda onların sayı  685-ə qədər azalıb. Bu da imkan verir ki, bələdiyyə torpaqlarının xəritəsinin çıxarılması daha asan olsun. Bütün hallarda bələdiyyə xəritələrinin və bələdiyyə torpaqlarının dəqiqləşdirilməsi olduqca vacibdir.

Surxay Atakişiyev, Bizim.Media

https://bizim.media/az/cemiyyet/599238/belediyye-torpaqlarinda-evi-olanlarin-nzrn-ndash-bu-il-erzinde/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
814

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
722

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
891

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1187

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1093