2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə MDB məkanında ilk dəfə məhz Azərbaycanda təsis edilən bu tarix, dövlətin gənc nəslə verdiyi müstəsna dəyərin və inamın rəmzidir. Bu əlamətdar gün sadəcə bir bayram deyil, həm də gənclərin cəmiyyət həyatındakı həlledici rolunun və milli hədəflərə çatmaq əzminin təntənəsidir.
Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə
Hit.az-a açıqlamasında deyib ki, gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin gənclərə
mirasıdır:
"Prezident İlham Əliyev tərəfindən də gənclər siyasəti
uzun illərdir uğurla icra edilir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın
bütün sferalarında yüksək fəaliyyəti ilə seçilir. Onlar siyasi, iqtisadi,
humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Dövlətimiz gənclərin fəaliyyəti üçün geniş imkanlar yaradıb".
O diqqətə çatdırıb ki, müasir Azərbaycan gəncliyi yeni
çağırışlara cavab verir:
"Hesab edirəm ki, müasir Azərbaycan gəncliyi çevik,
innovativ, hər bir situasiyadan çıxmağı bilməlidir. Hansı ki, gənclərimizdə də
bu istedadların olduğunu görürük. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi
üzərinə düşən vəzifələri layiqincə yerinə yerinə yetirə bilir".
Kənan Qubadzadə vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki
tarixi Zəfər də bunun ən gözəl nümunəsidir:
"Qəhrəman əsgərlərimiz sayəsində cəsarətini və Vətən
sevgisini bütün dünya nümayiş gördü. Azərbaycan gənclərinin bundan sonra da ölkəmizin
inkişafına böyük töhfələr verəcəyinə əminəm".
Günel
https://hit.az/az/sosial/294783/muasir-azerbaycan-gencleri-nece-olmalidirlar/
Rəylər
0 Rəy