Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-12-2025 , 09:03

743

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin təşkilatçılığı və “Belediyye.info” portalının informasiya dəstəyi ilə keçirilən "Bələdiyyənin siması" müsabiqəsinə yekun vurulub.

Sentyabr ayının birindən start verilən müsabiqədə 75 bələdiyyə öz loqosu ilə iştirak edib. Gözlənildiyi kimi, maraqlı və gərgin  şəraitində  keçən mübarizə maraqlı və diqqətiçəkən məqamlarla yadda qaldı. Bu bir ilk idi. Növbəti illərdə müsabiqədə daha çox bələdiyyənin iştirakı gözlənilir. Məqsəd bələdiyyələri bir sima olaraq tanıtmaq və tanıtdırmaq idi.

İlk gündən elan edildiyi kimi müsabiqə Facebook, İnstaqram və Youtube üzərindən keçirilib.  Əsas şərt kimi hansı  bələdiyyənin loqosu daha çox bəyənilsə və  haqqında şərh yazılmış olsa, o da qaliblər sırasında olacaq. Ancaq iş tək bununla bitmir. Bununla yanaşı üç nəfərdən ibarət ekspert qrupu da loqalora oz rəyini verəcək. Üst-üstə xallar hesablanacaq və qaliblər müəyyən ediləcəkdir. Ekspertlərin rəyi nəzərə alınmaqla artıq layihəyə yekun vurulub.

Yetmiş beş bələdiyyədən 10-u qaliblər  sırasına çıxa bilib. Onlardan üçü isə birincilər sırasına düşüb. Qeyd edildiyi kimi, ekspertlərin rəy və  təklifləri ümumi nəticəyə ciddi şəkildə öz təsirini göstərib.

Qaliblər və onluğa düşən bələdiyyələrin adları isə yanvar ayının sonunda, yeni seçilən bələdiyyələrin fəaliyyətinin birinci ili ərəfəsində  keçiriləcək yekun tədbirdə açıqlanacaq. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim ediləcəkdir.

Belediyye.info

Rəylər

1 Rəy

Tural Nəbiyev

16-12-2025, 2 ay əvvəl

Uğurlar olsun

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
757

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
817

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
677

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1110

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1032

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
693

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
707

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
848