Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-07-2025 , 01:08

1410

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qazax, Agstafa və Şəmkir RİH başçıları:  İkisi “Tərəqqi” medallı, bir alim və ...  

 RİH-lərin interent resurslarına baxışımızı davam etdiririk

Qazax rayonu

Qazax RİH-in resursunda icra başçısı  Rəcəb Babaşovun tərcümyi halı verilməyib.

Bu gün aparatda  başçının köməkçisi və ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi vəzifəsin vakantdır. Bununla yanaşı  Qazax rayonunda olan 23 nümayəndəliyin 5-də nümayəndə vəzifəsi vakantdır. Bir maraqlı məqam ondadır ki, saytda bələdiyyələr haqqında hər hansı məlumat yoxdur.

Əlavə edək ki, Rəcəb Babaşov 19 may 2016-cı ildən Qazax RİH başçısı vəzifəsinə təyinat alıb.

***

Ağstafa rayonu

Seymur Orucov 21 may 2020-ci il tarixli  Prezident Sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Tərcümeyi-halından məlum olur ki, icra başçısı 27 oktyabr 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetininin bakalavr və magistratura pilləsini bitirib.  Hətta icra başçısı daha irəli gedərək "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.

Bununla yanaşı Prezidentinin müvafiq Sərəncamları ilə 2010-cu ildə  "Tərəqqi" medalı, 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə  təltif edilib.

RİH də isə Memarlıq və tikinti şöbəsi aparıcı məsləhətçi vəzifəsi, 29 nümayəndəlikdən isə yalnız birinin nümayəndə vəzifəsi vakantdır.

Bələdiyyələr haqqında məlumat olsa da, onun  yeniləməsinə ehtiyac vardır.

***

Şəmkir rayonu

Rəşad Tağıyev  Prezident sərəncamı ilə  14 sentyabr 2021-ci il Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.

Tərcümeyi halından məluma olur ki.  İcra başçısı 08.03.1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq” üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

İcra başçısı təyinatınadək 11.12.2020-ci il tarixindən 14.09.2021-ci il tarixinədək Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub. Prezidentin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

İcra aparatında  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində iki vəzifə, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi isə  böyük məsləhətçi vəzifəsi, 48 nümayəndəliyin isə 4 nümayəndə vəzifəsi vakantdır. 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
838

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
704

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
657

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
528

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
721

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
537

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
742

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
926

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
609

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1005