Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2023 , 17:39

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Gəncə regional ədliyyə idarəsi tərəfindən silsilə  tədbirlər keçiriib

Azərbaycan ədliyyəsinin 105-ci ildönümü və 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Gəncə regional ədliyyə idarəsi tərəfindən tədbirlər keçirilir.

İdarədə Vətən müharibəsi iştirakçıları, o cümlədən ədliyyə veteranları ilə görüş keçirilərək Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinə dərin ehtiram ifadə olunub, müharibə veteranları şərəfli döyüş yolundan bəhs edərək qalib Azərbaycan ordusunun torpaqlarımızın azad edilməsində qəhrəmanlığından və şücaətindən danışıblar.

Görüşdə dövlətimizin hüquq siyasətini həyata keçirən Azərbaycan ədliyyəsinin tarixi və inkişaf dövrü, çoxşaxəli fəaliyyət istiqamətləri, o cümlədən regional idarənin fəaliyyəti barədə məlumat verilib.

Tədbirlər çərçivəsində yerli ədliyyə qurumlarının əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib. Əməkdaşlar qana ehtiyacı olan insanların köməyinə çatmaq, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə könüllü qan veriblər.

Gəncə regional ədliyyə idarəsi 


Rəylər

0 Rəy


Rəy yaz