Qoşqar Məmmədov: "Seçki öncəsi seçiciərimizə verdiyimiz öhdəliyi yerinə yetirmək üçün var qüvvəmizlə çalışırıq"
"Fəaliyyətimizi vətəndaş müraciətləri əsasında qururuq"- bu fikirləri Beldiyye.infoya Gəncə şəhər Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov bildirib.
Sədr qeyd edib ki. Nizami bələdiyyəsində seçki öncəsi seçiciərimizə verdiyimiz öhdəliyi yerinə yetirmək üçün layihələrin icrasına başlanılıb.
Belə ki, bələdiyyənin dəstəyi ilə Gəncə şəhər 1 saylı qəbirstanlıqda təmir-bərpa işlərinə başlanılıb. Sözugedən ərazidə 1200 kv metr yol örtüyünə tamet daşları vurulur və yağış sularının axması üçün xüsusi su ötürücü borular quraşdırılır.
Layihənin icrası artıq başa çatmaq üzrədir. Layihələrin tələb olunan səviyyədə aparılması üçün var qüvvəmizlə çalışırıq.
İlin sonunadək bələdiyyənin balansında olan qəbirstanlıqlarda digər layihələrində icrası nəzərdə tutulub.
Belediyye.info
Rəylər
0 Rəy