Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-03-2025 , 20:29

785

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gəncə
- +

Yaşar Abdullayev:Kəpəz bələdiyyəsinin vergi xidməti orqanı BAMS-da tətbiq edilən yeniliklərdən yetərincə yararlanır

“Hazırda respublikamızın hərtərəfli inkişafına uyğun olaraq, digər sahələrdə olduğu kimi, bələdiyyə sistemində də davamlı islahatlar aparılmaqla təkmilləşir, ən əsası vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə əhaliyə daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir”- bu fikirləri Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev  bildirib.

Bu gün  ölkəmizin hərtərəfli inkişafı prosesində yerli özünüidarəetmənin səmərəliliyinin artırılması diqqətdən kənarda qalmır, müvafiq orqanlar bu sistemin inkişafı üçün öz dəstəyini hər daim  göstərməkdədir.

Sədrin sözlərinə görə, bələdiyyənin vergi-uçot sistemi düzgün şəkildə qurulduğundan hazırda hər hansı bir quruma borc  yaranmayıb. İstər əməkhaqqı, istər də digər ödənişlərin icrası  vaxtında həyata keçirilir.

Bununla yanaşı vergi xidməti orqanı BAMS-da tətbiq edilən yeniliklərdən yetərincə yararlanır. Xüsusilə qeyd edilməlidir ki, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı ilə BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə qoşulması, o cümlədən BAMS-da tətbiq edilən yeniliklər, BAMS-proqramında SMS xidmətinin və E-belediyye.az portalının istifadəyə verilməsi büdcə gəlirlərinin artmasına ciddi şəkildə təsir göstərib. Ümid edirəm ki, BAMS-da tətbiq edilən yeniliklər bu il büdcə gəlirlərinin daha çox artımına səbəb olacaq.

Dövlət başçısının insanlara layiqli xidmətin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi tapşırıqlarına uyğun olaraq Kəpəz bələdiyyəsində vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinə xüsusi diqqət göstərilir və göstərilməkdədir.

Vətəndaş müraciətlərinə, xüsusilə şəhid ailə üzvlərinin, müharibə əlilləri və iştirakçılarının müraciətlərinə həssaslıq və qayğı ilə yanaşılmasının nəticəsində təmin edilən müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım müşahidə olunub.

Bildirilib ki, büdcə gəlirləri artdıqca bələdiyyə tərəfindən müxtəlif sosial xarakterli layihələrin həyata keçirilməsinə diqqət də artıb.

Bu il qanunvericilikdə edilən dəyişiklikdən sonra Hacıkənd bələdiyyəsi Kəpəz bələdiyyəsinə birləşdirildi. Bu birləşdirmə bələdiyyənin üzərinə düşən məsuliyyət yükünü  də bir xeyli artırıb. İnanıram ki, Gəncə ŞİH-in və Gəncə regional ədliyyə isdarəsinin dəstəyi ilə üzərimizə düşən problemləri sürətli şəkildə həll etməklə vətəndaş məmnunluğunun təmin edilməsinə var gücümüzlə çalışçacağıq.

Belediyye.info

Rəylər

2 Rəy

Qurbət Nuryev

23-03-2025, 3 həftə əvvəl

Uğrlar ilərnzdə

Cavabla

Kamil Nadir Qasimov

24-03-2025, 3 həftə əvvəl

Eşk olsun Gəncə Kəpəz Bələdiyəsini Rəbərinə Yaşat Abdullayevə xidmətini yüsək qiymətləndirəm

Cavabla

Rəy yaz