Bələdiyyə qarşısındakı əsas vəzifə ictimai nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsidir
(Zaqatala
rayonu Muxax bələdiyyəsinin 2024 -ci ilin 6 ayın yekunlarına dair hesabatı 06
iyul 2024-cü il tarixli 12 saylı bələdiyyə iclasında təsdiq edilib ictimailəşdirilir)
Azərbaycan Respublikasına 2024-cü il “Yaşıl Dünya
Naminə Həmrəylik ili” elan edilməsi haqqına Azərbaycan Respublikasının
Prezidentinin sərəncamı beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin
fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər
sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit
və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf
mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su
ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin
edilməsi istiqamətində işlər aparılır. Yaşıl enerji növlərinin yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin
prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa
olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.Biz
də bələdiyyə olaraq ərazimizdə Yaşıl Dünya Naminə Həmrəylik ili ilə əlaqədar
müxtəlif tədbirlər həyata keciririk.İlin sonuna payız aylarında tədbirlər
planına uyğun olaraq daha böyük həcmli layihələrin
həyata kecirilməsini nəzərdə tutmuşuq.
Bildiyiniz
kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli
demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli
işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində
qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və
yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət
yetirilmişdir.
Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan
nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi,
regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.Biz qismən
də olsa ərazimizdə buna nail ola bilmişik.
Muxax Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə
bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar
qəbul etdiyi qərar və qanunlardan,Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin,
Şəki Regional Ədliyyə İdarəsinin təklif və tövsiyyələrindən,AKBMA-nın bələdiyyələrə göstərdiyi marifləndirici və köməkliklərindən bələdiyyənin öz Nizamnaməsindən
irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin
Zaqatala rayon icra Hakimiyyətinin
tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.
Bələdiyyə olaraq fəaliyyətimizi əsasən ərazidə quruculuq-abadlıq, bələdiyyə
ərazisində səliqə-sahman işlərinə yönəldirik. Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi
nümayəndəliklərin ərazisini əhatə edir.
Biz hər iki nümayəndəliklə birlikdə sıx əməkdaşlıq şəraitində,
qarşılıqlı koordinasiya mühitində fəaliyyətimizi həyata keciririk.Qarşılıqlı əlaqə
qurmağımızın nəticəsidir ki, ərazidə olan problemlərin həllinə vaxtında nail
ola bilirik.
6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 64 ədəd ərizə daxil olmuşdur. Müraciətlərin əksəriyyəti
maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur.
Müraciət edənlərin əksəriyyətinin torpaqdan başqa digər xahişi əsasən həll edilmişdir.Həyətyanı
torpağın verilməsi bələdiyyəyə elektron
xəritələr təhvil verildikdən dəqiq yerləri bilindikdən sonra həyata kecirilməsi
nəzərdə tutulmuşdur.
6 ay ərzində 103 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul
edilmişdir. Qəbulda irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti
komissiyalar,bələdiyyə qulluqcuları tərəfindən araşdırılaraq həllini tapmış həlli
mümkünsüz olan müraciətlər isə əlaqədar təşkilatlara yönəldilmişdir.
6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 78 ədəd sənəd daxil
olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmış və aiddiatı
üzrə vaxtında tərəfimizdən cavab verilməsi təmin edilmişdir.
Bələdiyyədə 2024-cü ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının
qanununa uyğun qayadada aparılmışdır.Vətəndaşların
ərizə və şikayətlərinə
vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün
bir sıra zəruri olan tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas
ehtibari ilə torpaq və əmlak vergilərindən,
mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə
formalaşdırır.
2024-cü ilin 6 ayı ərzində bələdiyyənin
11 iclası olub. İclasların gündəliyinə 69 məsələ daxil edilib və müvafiq qərarlar
qəbul olunub. Bundan başqa, iclaslarda
sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların
rəy və təklifləri, arayışları dinlənilib.İclaslarda qəbul edilən qərarların
icrası vaxtında gecikdirilmədən təmin edilmişdir.
Maliyyə imkanlarımız əsasında 2024-cü ilin 6 ayı ərzində
bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini təmin etmişik.
- Ərazidə Yaşıl Dünya
Naminə Həmrəylik ili ilə əlaqədar
ekoloji tədbirlər kecirilmiş,müxtəlif növ ağacların əkini təmin
edilmişdir.Bundan sonra da bu tədbirlər ilin sonuna qədər tədbirlər planına
uyğun davam etdiriləcəkdir.
-Ərazidə olan Şəhid ailələri,Qarabağ
qaziləri daim diqqətdə saxlanılır,onlara bələdiyyə tərəfindən mütamadi olaraq
yardımlar edilir,onların problemlərinin vaxtında həlli istiqamətində işlər
görülür,bundan sonra da onlara edilən diqqət və qayğımız daha da
artırılacaqdır.
-Ərazidə yaşayış vəziyyəti cətin,xəstəsi
olan vətəndaşlarımızdan 14 nəfərə müxtəlif məbləğlərdə birdəfəlik maddi
yardımlar edilmişdir.
-Bələdiyyə ərazisində olan ara
yollarına cınqıl daşınaraq təmir işləri aparılmışdır.Yollarda lazım olan yerlərə
su keçidi arxlarına borular alınaraq qoyulmuşdur.
-Ramazan Qurban bayramı qabağı tək-kimsəsiz
cətin dolanan ailələrə birdəfəlik maddi yardımlar edilmişdir.
-2024-cü ilin iyun ayının əvvəlində baş
vermiş təbbi fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həlli
vacib olan işlərin görülməsi təmin edilmiş,ictimaiyyətin köməkliyindən istifadə
edilməklə işlər hal-hazırdada davam
etdirilir.
01-01-2024 -cü il tarixə qalıq 874.80 manat olmuşdur
GƏLİRLƏR |
manat |
Torpaq satışından |
11893.00 |
Torpaq vergisi |
8899.83 |
Əmlak vergisi |
3881.43 |
Torpaq icarəsi |
5702.02 |
Ot satışından |
1885.75 |
Sənədləşmə |
3586.00 |
Digər ( səhv silinmiş vəsait geri qayıdıb) |
521.50 |
Gəlirlərin cəmi |
36369.53 |
XƏRCLƏR |
|
İşcilərə əmək haqqına |
17875.26 |
DSMF-na ödənib (22-15-10-3 %) |
3000.00 |
İcbari Tibbi sığorta (2 %) |
243.53 |
İşsizlik sığortası (05 %) |
215.61 |
Dəftərxana ləvazimatı |
446.00 |
Silahlı qüvvələrə |
250.00 |
Maddi yardım şəhid ailələri,tək –kimsəsilər imkansızlar |
3000.00 |
Həmkərlara üzvülük haqqı 2% |
200.00 |
Rabitə xidməti-internet |
284.86 |
Yolların təmirinə və xidmət haqqına tutulmalat 14% |
514.50 |
Yollarda su kecidlərinə borular alınaraq qoyulmasına |
480.00 |
Abalıq işlərinə |
540.00 |
DƏDRX-nə sənədləçmə və hərrac üçün köcürülüb |
3714.00 |
Bank poçt xidmətinə xidmətinə |
293.87 |
Onlayın xidmət haqqına |
1015.31 |
Elektirik enerji sərfiyyatı |
1076.00 |
Kənd Bələdiyyələri Milli
Assosasiyasına üzvülük haqqı |
150.00 |
Mədəni kütləvi təıdbirlərə |
1400.00 |
Yanacaq alınıb |
89.64 |
Yolların işıqlandırılmasına elektirik xərci |
278.40 |
Digər xərclər |
1046.00 |
Xərclərin cəmi |
36112.98 |
01-07-2024-cü il tarixə 1131.35 manat xərclənməmiş
vəsait qalmışdır.
Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik
prinsiplər də inkişaf edir möhkəmlənir.Bu il biz bələdiyyə üzvlərinin fəaliyyətinin
5-ci ilidir.Gənc Bələdiyyə üzvülərimiz seçicilərin məsuliyyətlərini daha dərindən dərk etmiş,onlara
qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışıblar.Bələdiyyə
üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş
üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstəriblər.
Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və
hesabatlılıq vardır.Bu elə gənc bələdiyyə üzvlərinin fəaliyyətinin nəticəsidir.Məlumat
üçün bildirim ki, Muxax Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi
(facebook) internet səhifəsindən və dolğun məlumat ala bilər.Bir məsələni də nəzərinizə
catdırıram ki,Azərbaycanda bəlkə də ilk bələdiyyələrdəndir ki,2015-ci ildən bələdiyyəmiz
sosial şəbəkələrdə aktiv olaraq fəaliyyət göstərir.Bundan başqa bələdiyyənin
elektron poçt ünvanı da var ki,daimə fəaliyyət göstərir.Bələdiyyə olaraq biz bələdiyyə
xəbərləri (bələdiyyə info) saytı ilə də əlaqəli işləməklə ərazidə olan
görülən işləri maliyyə hesabatlarımızı da işıqlandırırıq, həm də lazım olan bələdiyyələrə
qanunvericiliyə aid olan digər məlumatları ala bilirik.Bundan başqa bələdiyyə məlumat
lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz gənc bələdiyyə
üzvləri olaraq hər bir şərait yaradırıq
ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq,vətəndaş
məmnunluğu təmin edilsin.
Bütün bu qeyd etdiklərimlə yanaşı hələ də bələdiyyə ərazisində görə
bilmədiyimiz işlər,həllini gözləyən çox saylı problemlərimiz qalmaqdadır.Fürsətdən istifadə edərək bütün
vergi ödəyicilərimizə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını
gecikdirmədən təcili ödəsinlər.Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin
maliyyə durumunun yaxşılaşdırılmasına və kənddə abadlıq işlərinin genişləndirilməsinə
kömək etmiş olarlar.
Eyni zamanda kənd sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd
etmək istərdim. Bəzi sakinlər ərazidə yaşadıqlarını unudaraq həyətyanı sahələrindən
çıxan tullantıları, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s.
küçəyə, darvazalarının yanına atırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri
apararkən texnikaların hərəkətinə ciddi
maneçilik törədir.Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını,
kolları,arxları təmizləmirlər və həmin yerlər bir müddət sonra böyük bir zibilliyə
çevrilir və yağışlar yağıb sellər olan zamanı bildiyiniz kimi problemlərlə üzləşirik.Bu
da bizi olduqca narahat edir.Kənd sakinlərindən xahişimiz ondan ibarətdir
ki,çay yatağına,yol kənarına yox tullantıları müəyyən edilmiş yerə bələdiyyənin
ərazisində olan zibil poliqonuna atasınız.Hər
birimiz kəndimizin ekoloji təmiz saxlanmasına öz köməkliyimizi göstərməliyik.
Vətəndaşların bələdiyyəyə ötən illərdən icarə,pay torpağından olan
kifayət qədər və əmlak vergi borcları
var.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən
biridir.Digər bir məsələ isə bələdiyyədən həyətyanı torpaq sahəsi alıb sənədləşmə
işlərini başa catdırmayan vətəndaşlarımızadır.2007 ilə qədər bələdiyyə mülkiyyətindən
həyətyanı torpaq sahəsi götürüb pulun
bir hissəsini ödəyib sənədləşməni başa catdırmayıb.Həmin vətəndaşlara
bildiririk ki,hal-hazırda həyətyanı torpaq sahələri bazar qiymətlərinə əsasən
(Hərrac müsabiqə ) yolu ilə müəyyən edilir.2007-ci ildən əvvəl həyətyanı sahəni
bələdiyyədən alıb sənədləşməni başa catdırmayan vətəndaşlarımız həyətyanı sahəsini
sənədləşdirərkən 0.01 ha torpaq sahəsi üçün 260 manat pulun bələdiyyə büdcəsinə
ödənilməsini təmin etməlidir.Ona görə də biz calışırıq ki, əhali ilə aramızda
narazılıq yaratmadan mövcud olan qanunlara əsasın sənədləşmə işlərinin həll
edilməsinə nail olaq.Şükürlər olsun ki bu işləri də qismən də olsa səhmanla
yoluna qoya bilirik.Çox təəssüflər olsun ki,yenə də aparılan marifləndirmə işlərinə
baxmayaraq vergilərin ödənilməsindən yayınan vergi ödəyicilərimiz və həyətyanı
sahəsinin sənədləşməsinə biganə yanaşan vətəndaşlarımız var.Onlara bir daha xəbərdarlıq
edirik ki,vergilərini vaxtında ödəməsələr tədbirlər görmək məcburiyətindəyik.Maliyyə
hesabatından da bunu görmək mümkündür. Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və Ödənişlərinin Avtomatlaşdırılmış Məlumat
Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün
vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Bu sistem bizə imkan verdi
ki,vergilərin qısa müddət ərzində
hesablanmasını aparır.Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm
ki, vergiləriniz barədə məlumatı bələdiyyəyə müraciət etməklə və bələdiyyə
vergi xidmətinə müraciət etmədən də borclarınızı şəxsiyyət vəsiqənizi “Azərpoçt”
MMC-nin poçt şöbəsinə təqdim etməklə bələdiyyəmizin hesabına rahatlıqla ödəyə bilərsiniz.Məlumat
üçün Sizə bildirim ki,aktiv vergi ödəyicilərimiz hec bələdiyyəyə gəlmədən vergi
borclarını poçta müarciət etməklə
rahatlıqla ödəyirlər və bizə öz razılıqlarını bildirirlər.
Borcu olan vətəndaşlara
bildirişlə,məktubla dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belə vətəndaşlar
haqqında inzibati tədbirlər görülsün.
Hesab edirik ki, bələdiyyə üzvlərimizin, ziyalıların və bütün kənd əhalisinin
köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.
Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki,
yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin
öhdəsindən gələcək və eyni zamanda bələdiyyəmiz kəndimizin sosial-iqtisadi
inkişafında fəal iştirak edəcəkdir.
Bələdiyyəmiz bundan sonra da nəyinki rayon səviyyəsində, Respublika səviyyəsində
sayılıb seçilən bələdiyyələrdən biri olacaqdır.
Elvin Yusubov
Zaqatala
rayonu Muxax bələdiyyəsinin sədri
Rəylər
0 Rəy