Əsas vəzifəmiz qəsəbə sakinlərinin etimadını doğrultmaqdır
(Badamdar bələdiyyəsinin 2023-cü il üzrə H E S A B A T I)
Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlqaədar bir sıra silsilə tədbirlər həyata keçilmişdir.Dahi şəxsiyyət Heydər Əliyevin hər zaman qəlblərdə, tarixdə yaşadığını gösətərən daha bir mühüm addım, ölkəmizin Prezidenti İlham Əiyev tərəfindən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı qəbul etdiyi sərəncamdır. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsini xalqımız həmişə uca tutur, qürur hissi və böyük ehtiramla yad edir. Azərbaycanın inkişafının səlnamə tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar tədbirlərin təşkilatçılığında yaxından iştirak etmək Badamdar bələdiyyəsinin fəaliyyətində ən mühüm prinsiplərdən biri olmuşdur. Bu istiqamətdə tədbirlər planının hazırlanması, dəyirmi masa ətrafında müzakirəsi və həyata keçirilməsi tərəfimizdən təşkil edilmişdir. Badamdar bələdiyyəsi də öz növbəsində “Heydər Əliyev ili” çərçivəsində bir sıra tədbirlər, eyni zamanda qəsəbə ərazisində abadlıq, yaşıllaşdırma və quruculuq işləri aparmışdır.
Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, Şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, rayonun görkəmli şəxsiyyətlərinin, Səbail rayon ictimaiyyətinin, Badamdar Bələdiyyəsi üzvlərinin və qulluqçularının iştirakı ilə Heydər Əliyev adına parkda Ulu Öndər Heydər Əliyevin abidəsi mütəmadi olaraq ziyarət edilərək, önünə gül dəstələri və əklillər qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunmuşdur.
2023-cü il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də öz töhfəsini verərək, torpaqlarımızı tam işğaldan azad etdi və Ulu Öndər Heydər Əliyevin 100 illiyində Müzəffər Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa edərək 2023-cü ili tarixə yazdı.
Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə, hərtərəfli inkişafına yönəlmiş Heydər Əliyev strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində Azərbaycan Respublikası dünya dövlətləri arasında böyük nüfuza malik olmuşdur. Biz fəxr edirik ki, Qəhrəmanlıqla dolu tariximizə adlarını qızıl hərflərlə yazdıran, sinələrini düşmən gülləsinə sipər edib döyüşdə Şəhadətə ucalan İgidlərimizin sırasında Səbail rayon gəncləri də var.Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüşlərdə qəhrəmancasına vuruşan Badamdar qəsəbəsindən olan qazilər, həmçinin şəhidlərimizin ailələri daim diqqət mərkəzində saxlanılır. Badamdar bələdiyyəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq şəhid ailələri və qazilər, aztəminatlı ailələr ziyarət olunur, imkan daxilində onlara maddi - mənəvi köməklik göstərilir.Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun görkəmli şəxsiyyətlərinin, Səbail rayon ictimaiyyətinin, Səbail rayonunun ziyalıları və ağsaqqaları, Badamdar Bələdiyyəsi üzvlərinin və qulluqçularının iştirakı ilə Şəhidlərin məzarüstü abidələri mütəmadi olaraq ziyarət edilərək, Şəhid ruhlarına hər bir zaman böyük ehtiram gostərilir.
2023-cü ildə ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli özünüidarəetmənin inkişafı məsələləri diqqət mərkəzində olmuşdur.
Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olan bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsi online vasitəsi ilə konfranslar təşkil edilmişdir.
Bu il eyni zamanda onunla yadda qaldı ki, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) bələdiyyələrin vergi işinin səmərəli təşkilində əhəmiyyətli şəkildə proqram təminatı təkmilləşdirilmiş, Əmlak Məsələləri Dövlət xidmətinin elektron bazasına inteqrasiya olunmuşdur. Artıq hər bir bələdiyyə BAMS-da öz inzibati ərazisində üzərində fiziki şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış daşınmaz əmlak, o cümlədən torpaq sahələri barədə məlumatlarla tanış olmaq, həmçinin müvafiq ödəniş etməklə, onlayn qaydada bir neçə dəqiqə ərzində həmin obyektlər barədə məlumatları əldə edərək vergi uçotuna götürmək imkanı yaradılmışdır.
İl ərzində Badamdar bələdiyyəsinin 24 iclası keçirilmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, rəy və təkliflər hazırlanmışdır. Bələdiyyənin fəaliyyəti üçün çox önəmli olan məsələlərlə bağlı Bələdiyyələrlə İş Mərkəzi tərəfindən tövsiyələr hazırlanıb göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm yer tutan yerli vergilərin toplanmasına köməklik məqsədilə, Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən bələdiyyəmizdə seminar- müşavirələr keçirilmişdir.
Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 139 ərizə, təşkilatlardan isə, 126 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 195 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin 6 məktubuna münasibət bildirilmişdir.
Badamdar bələdiyyəsində qanunvericilikdə müəyyən edilmiş qaydada yerli
vergi ödəyicilərindən, büdcənin gəlirləri 2023-cü il üzrə - 423100.78 manat
o cümlədən:
Fiziki şəxslərdən əmlak vergisi üzrə - 374267.37 manat
Fiziki şəxslərdən torpaq vergisi üzrə - 32055.96 manat
Sanatoriya-kurort, mehmanxana üzrə - 3997.70 manat
Bələdiyyənin mülkiyyətində olan əmlakın icarəyə verilməsi – 479,70 manat
Dövlət tərəfindən verilən dotasiya 10500,00 manat
Azercell MMC – 1800.00
2023-cü il üzrə bələdiyyə üzrə xərclər aşagıdakı kimi olmuşdur
- Badamdar bələdiyyəsi üzrə əmək haqqı ödənişləri – 156744.00 manat
- Dövlət Sosial Müdafiə Fonduna ödənişlər - 31741.00 manat
- Access bank ASC və Azərpoçt MMC üzrə xidmət haqqı – 13791,24 manat
- Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası- 450.00 manat
- “Şəfəq Audit Consalting” MMC - 3870.00 manat
- Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti -1674.00 manat
- “Qala Sığorta” ASC - 343.92 manat
- Kommunal xərclər, şəhər telefonu və internet xidməti - 2969.70 manat
- Kütləvi informasiya vasitələrinə 6 aylıq abunə haqqı 492.00 manat
- Bələdiyyə kompüterlərin və printerlərin təmiri 1824.00 manat
- Məktubların göndərilməsi 525.871 manat
- Dəftərxana ləvazimatları 1069.50 manat
- Digər inzibati xərclər 3852.57 manat
Azərbaycan xalqı hər zaman azadlığı uğrunda böyük mübarizələr aparmışdır. Tariximizin Şərəf və Qəhrəmanlıq səhifəsi kimi yadda qalan, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun görkəmli şəxsiyyətlərinin, Səbail rayon ictimaiyyətinin, Səbail rayonunun ziyalıları və ağsaqqaları, Badamdar Bələdiyyəsi üzvlərinin və qulluqçularının iştirakı ilə 20 Yanvar Şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə əlaqədar Şəhidlərin məzarüstü abidələri ziyarət olunmuşdur, Şəhidlərin abidələri önünə gül dəstələri və əklillər qoyulmuşdur. Bu məqsədlə bələdiyyə büdcəsindən 11800.00 (on bir min səkkiz yüz ) manat vəsait ayrılmışdır.
2023-cü il fevralın 6 da Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ, təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatının olması Azərbaycan xalqını dərindən üzmüşdür. Qardaş Türkiyədə baş verən zəlzələnin ağır nəticələri hər kəsi sarsıtmışdır.Təbii fəlakət Türkiyədə böyük dağıntı və minlərlə itkilərə səbəb olmuşdur.Azərbaycanda təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə dərhal yardım göstərilməsi ilə bağlı geniş miqyaslı yardım kompaniyası təşkil olunmuşdur. Zəlzələ nəticəsində evini, yaxınlarını itirən insanlara xalqımız tərəfindən kömək etmək məqsədi ilə ianə, ərzaq, isti geyim yardımı göstərilmişdir.Badamdar bələdiyyəsi bu yardım kompaniyasına qoşulmuşdur. Türkiyədə zəlzələdən zərər çəkənlərə maddi köməklik göstərilməsi məqsədilə Bələdiyyə büdcəsindən 5000.00 (beş min) manat vəsait ayrılmışdır.
26 Fevral 1992-ci il tarixində Azərbaycan Xalqı dəhşətli faciə yaşamışdır, Xocalı sakinləri bu faciənin qurbanı olmuşdur, neçə-neçə igid oğullarımız Şəhidlik zirvəsinə ucalmışlar. Bu faciə Azərbaycan Xalqına qarşı törədilmiş dəhşətli cinayətdir. Xalqımız bu günü heç vaxt unutmayacaq. Qan Yaddaşımıza yazılmış bu günü hər il böyük hüzn, kədər hissi ilə yad edirik. Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədilə Xocalı soyqırımı abidəsi ziyarət olunmuşdur və abidənin önünə gül dəstələri və əklil qoyulmuşdur. Bu məqsədlə bələdiyyə büdcəsindən 1700.00 (bir min yeddi yüz) manat vəsait ayrılmışdır.
Azərbaycan qadını bütün dövrlərdə öz mədəniyyəti ilə yüksəkdə olmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmışdır və ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmışdır. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin Birinci Vitse Prezidenti Mehriban Xanım Əliyeva dünyada lider qadınlar sırasındadır.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə 2023-cü il ildə Şəhid analarına bayram hədiyyələri və gül dəstələri verilmişdir və bu məqsədlə bələdiyyə büdcəsindən 3360.00 (üç min üç yüz altmış ) manat vəsait ayrılmışdır.
Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Novruzu həm də milli birlik bayramı adlandırırdı. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkəmizin Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Orudumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində Novruz Bayramı artıq üçüncü ildir ki, Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd edilir. Bayram tonqallarımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında böyük qürur hissi ilə alovlandırılır.Səbail rayonu İcra Hakimiyyətinin təşəbbüskarlığı və Badamdar bələdiyyəsinin iştirakı ilə Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda milli bayramımız olan Novruz bu il böyük təntənə ilə qeyd edilmişdir.Tədbirdə Şəhid ailələri, qazilər iştirak etmişdirlər. Bayram tonqalımız Vətən müharibəsi qaziləri tərəfindən alovlandırılmışdır.Eyni zamanda qəsəbə sakinləri üçün konsert, həmçinin rəqs kollektivlərinin və Novruz ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil edilmişdir. Novruz bayramı ilə əlaqədar Badamdar qəsəbəsi, Heydər Əliyev adına parkda keçirilən bayram tədbirinə bələdiyyə büdcəsindən 2400.00 (iki min dörd yüz) manat vəsait ayrılmışdır.
Novruz bayramı ilə əlaqədar Badamdar qəbiristanlığında dəfn olunan Şəhidlərin məzarüstü abidələri Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun görkəmli şəxsiyyətlərinin, Səbail rayon ictimaiyyətinin, Səbail rayonunun ziyalıları və ağsaqqaları, Badamdar Bələdiyyəsi üzvlərinin və qulluqçularının iştirakı ilə ziyarət olunmuşdur, abidələrin önünə gül dəstləri və əklil qoyulmuşdur.Bələdiyyə büdcəsindən 1000.00 (bir min) manat vəsait ayrılmışdır.
Müqəddəs Ramazan ayında Badamdar bələdiyyəsi tərəfindən Şəhid ailələri, qazilər, qəsəbə sakinlərinin və aztəminatlı ailələrin iştirakı ilə ümumilikdə 350 nəfər üçün iftar süfrəsinin təşkil edilmişdir.Bu məqsədlə bələdiyyə büdcəsindən 5200.00 (beş min iki yüz) manat vəsait ayrılmışdır.
“Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” deyən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ekoloji problemlərin həlli məsələləri də daim diqqət mərkəzində saxlanılıb.Dahi rəhbər ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb.
Bunları fəaliyyətimizdə əsas tutaraq, Badamdar qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.Həmçinin silsilə tədbirlər çərçivəsində Badamdar bələdiyyəsi tərəfindən N saylı Hərbi Hissədə tədbir təşkil edilmişdir. Dahi rəhbər Heydər Əliyev ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb.Baharın gəlişi, təbiətin oyanması mövsümündə keçirilən bu aksiyanın məqsədi də məhz Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqlarn çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Badamdar qəsəbəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubilieyinə həsr edilən ağacəkmə aksiyası təşkil edilmişdir. Bu məqsədlə bələdiyyə büdcəsindən 2000.00 (iki min) manat vəsait ayrılmışdır.
Bildiyimiz kimi 10 May Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyidir. 2023-cü il dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin əziz xatirəsini xalqımız həmişə uca tutur və ehtiramla yad edir.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarının ziyarət olunmasını, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda abidənin ziyarət olunaraq, önünə gül dəstələrinin və əklillərin qoyulmasını və digər tədbirlər keçirilməsini, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibəti ilə Badamdar bələdiyyəsi tərəfindən N saylı Hərbi Hissədə tədbir təşkil edilmişdir və bu məqsədlə bələdiyyə büdcəsindən 8050.00 (səkkiz min əlli) manat vəsait ayrılmışdır.
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il 15 iyun tarixində hakimiyyətə gəlməsi Azərbaycan tarixində uğurlu bir mərhələnin başlanğıcı oldu. Bu gün münasibəti ilə Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət olunaraq önünə gül dəstlərinin və əklillərin qoyulması və konsert prqramı keçirilməsi üçün Badamdar bələdiyyə büdcəsindən 3940.00 (üç min doqquz yüz qərx) manat vəsait ayrılmışdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü xalqımız böyük ruh yüksəkliyi ilə qeyd etmişdir.. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. 44 günlük zəfərimiz bunun bariz nümunəsidir. 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar Badamdar qəsəbəsində yerləşən hərbi hissədə Badamdar bələdiyyəsinin üzvlərinin, qulluqçularının və musiqi kollektivinin iştirakı ilə tədbir keçirilmişdir. Bələdiyyə büdcəsindən 1175.00 (bir min yüz yetmiş beş) manat vəsait ayrılmılşdır.
İslam aləminin ən Müqəddəs Bayramlarından olan Qurban Bayramı bütün müsəlman ölkələrində qeyd olunur. Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən Qurban Bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Qurban bayramı münasibətilə Şəhid ailələri və qazilər və aztəminatlı ailələr Badamdar bələdiyyəsi üzvləri və qulluqçuları tərəfindən ziyarət edilmişdir,Badamdar bələdiyyəsi tərəfindən 200 ( iki yüz ) ailəyə -şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə qurban payının verilməsinə Badamdar Bələdiyyəsi büdcəsindən 8400.00 (səkkiz min dörd yüz ) manat vəsait ayrılsmışdır.
Qurban bayramı ilə əlaqədar Badamdar qəbiristanlığında dəfn olunan Şəhidlərimizin məzarüstü abidələri, İgid oğullarımızın xatirə lövhələri və Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən Səbail Şəhidlərinin barelyef abidə kompleksinin ziyarət olunaraq, önünə əklil və gül dəstələrinin qoyulması, əziz xatirələrinin böyük qürur hissi ilə yad edilmişdir. Qeyd olunanları nəzərə alaraq, bu ziyarətlərin həyata keçirilməsi məqsədilə Badamdar bələdiyyə büdcəsindən 1200.00 (bir min iki yüz) manat vəsait ayrılmışdır.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamına əsaəsən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
27 Sentyabr Anım Günü ilə əlaqədar Şəhid analarının, qazilərin, Vətən müharibəsi iştirakçılarının, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun görkəmli şəxsiyyətlərinin, Səbail rayon ictimaiyyətinin, Badamdar Bələdiyyəsi üzvlərinin və qulluqçularının tədbirdə iştirakı ilə Badamdar qəbiristanlığında Şəhidlərimizin məzarüstü abidələri ziyarət edilərək, məzarüstü abidələri önünə əklil və gül dəstələri qoyulması üçün bələdiyyə büdcəsindən 3800.00(üç min səkkiz yüz) mana vəsait ayrılmışdır.Müzəffər Ali Baş Komandan, ölkəmizin Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük qələbəsi ilə dünyaya səs salan qalib Azərbaycan xalqının 8 Noyabr Zəfər Günü münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilmişdir.Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əskərinin rəşadəti, şəhidlərimizin qəhrəmanlığı, sücaəti, xalqımızn birliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 Noyabr qəhərmnalıqla dolu tariximizə Zəfər Günü kimi yazıldı. Bu qürurverici məsələ ilə əlaqədar Badamdar Şəhidlərinin məzarüstü abidələri ziyarət olunmuşdur və məzarüstü abidələrin önünə gül dəstələri, əkillilər qoyulmuşdur. Bələdiyyə büdcəsindən 5900.00 (beş min doqquz yüz) manat məbləğ ayrılmışdır.
12 dekabr Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anım günüdür. Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər görmüş tarixi şəxsiyyətdir.
12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Fəxri Xiyabanda abidəsinin və Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda abidənin önünə güllərin və əklilin qoyulmasına Bələdiyyə büdcəsindən 1180.00 (bir min yüz səksən) manat vəsait ayrılmışdır.
31 dekabr “ Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şam ağacı olmadan tamamlanmış sayıla bilməz. Ölkəmizdə Yeni İl bayramı ilə əlaqədar parklarda, meydanlarda ənənəvi olaraq, şam ağacları quraşdırılır və bəzədilir.Bununla əlaqədar Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev adına parka yeni şam ağacının qurulması və bəzədilməsi zəruridir.Badamdar qəsəbəsi Heydər Əliyev adına parkda 5 metr hündürlüyündə yeni şam ağacının qurulması məqsədilə bələdiyyə büdcəsindən 5700.00 manat (beş min yeddi yüz) manat vəsait ayırlmışdır.
Qarabağ döyüşlərində vətən uğrunda canlarını qurban vermiş, Şəhidlik zirvəsinə ucalmış igidlərimizin anım günlərində əziz xatirələrini ehtiramla yad etmək hər birimizin vətəndaşlıq borcudur. Şəhid analarının, qazilərin, Vətən müharibəsi iştirakçılarının, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun görkəmli şəxsiyyətlərinin, Səbail rayon ictimaiyyətinin, Səbail rayonunun ağsaqqalları və ziyalıları, Badamdar Bələdiyyəsi üzvlərinin və qulluqçularının iştirakı ilə Şəhidlərin məzarüstü abidələri mütəmadi olaraq ziyarət edilərək, Şəhid ruhlarına hər bir zaman böyük ehtiram gostərilmişdir.Bu məqsədlə Səbail Şəhidlərimizin Əhədzadə İlkin Qələmşah oğlu (01.10.2020),
Ağayev Cavidan Mirzağa oğlu ((02.10.2020),
İsmayılov Orxan Zöhrab oğlu (03.10.2020),
Hüseynov İsmayıl Şahvələd oğlu (08.10.2020),
Həsənov Vüsal Ariz oğlu (11.10.2020),
Şükürlü Nicat Ayaz oğlu (12.10.2020),
Tağıyev Əli Aydın oğlu (13.10.2020),
Qurbanov Murad Asi oğlu (13.10.2020),
Səfərov Məmmədağa Balakişi oğlu (21.10.2020),
Nağıyev Əli Mehman oğlu (22.10.2020),
Salahov Elçin Sabir oğlu (23.10.2020),
İbrahimli Cavidan Nizami oğlu (24.10.2020),
Budaqov Yusif Ramiq oğlu (31.10.2020)
Qənbərov Bilal Xanlar oğlu 04.11.2020
Teymurov Vüsal Zakir oğlu 13.11.2020
Əliyev Fərid Pirəli oğlu 16.11.2020
Nəcəfov Etibar Mehman oğlu 26.11.2020
Anım günləri ilə əlaqədar məzarüstü abidələrinin və xatirə lövhələrinin önünə əklil və gül dəstələrinin qoyulması, İgid Oğullarımızın əziz xatirəsinin yad edilməsi məqsədilə Badamdar bələdiyyəsi büdcəsindən 5620.00 (dörd min dörd yüz iyirmi) manat vəsait ayrılmışdır.
I Qarabağ müharibəsi şəhidi Mirzəməmmədov Məmməd Məhbul oğlunun Badamdar qəsəbəsi, Tofiq Məmmədov 4 ünvanında yerləşən xatirə lövhəsinin ətrafının abadlaşdırılması, aqlay daşlarının ağardılması və təmiri, divar daşlarına emulsiya vurulması məqsədilə Badamdar bələdiyyəsi büdcəsindən 978.00 (doqquz yüz yetmiş səkkiz) manat vəsait ayrılmışdır.
Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, II Qarabağ müharibəsi Şəhidi Budaqov Yusif Ramiq oğlunun adı verilən küçədə, üzərində şəhidin Ad və soyadı həkk olunan lövhənin ətrafının abadlaşdırılması, ətraf divarlarının hörülərək, emulsiya ilə rənglənməsi və asfalt örtüyünün yenilənməsi ilə əlaqədar bələdiyyə büdcəsindən 3421.00 (üç min dörd yüz iyirmi bir) manat vəsait ayrılmışdır.
Badamdar bələdiyyəsində, 44 günlük Vətən müharibəsi dövründə Şəhid adlarının əbədiləşdirilməsi, qazilər və müharibə iştirakçılarına tərfəmizdən göstərilən diqqət və qayğının bariz nümunəsi olaraq məlumat güşəsinin hazırlanması məqsədi ilə bələdiyyə büdcəsindən 1150.00 (bir min yüz əlli ) manat məbləğ ayrılmışdır.
II Qarabağ müharibəsi Şəhidi Nəcəfov Etibar Mehman oğlunun Badamdar qəsəbəsi, Laçın rayon Badamdar ümumi orta məktəbin həyətində xatirə lövhəsinin qoyulmasına və xatirə lövhəsinin ətrafının abadlaşdırılmasına köməklik göstərilməsi məqsədilə bələdiyyə büdcəsindən 9584.10 (doqquz min beş yüz səksən dörd manat, on qəpik) manat vəsait ayrılmışdır.
Həmçinin Badamdar qəsəbəsi Laçın rayon Badamdar ümumi tam orta məktəbinin həyətində II Qarabağ müharibəsi Şəhidi Nəcəfov Etibar Mehman oğlunun, 3-cü yaşayış massivi 329 saylı tam orta məktəbin həyətində Şəhid Quliyev Bakir Əliqulu oğlunun xatirə lövhələrinin ətrafında bayraq dirəklərinin quraşdırılması və yeni bayraqların alınmasına bələdiyyə büdcəsindən 800.00 (səkkiz yüz ) manat vəsaitin ayrılmışdır.
İgid oğullarımızın barelyefləri yaşadıqları evlərin və təhsil aldıqları məktəblərin önündə qoyulmuşdur.Bunları nəzərə alaraq, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yaşamış Şəhid İbrahimli
Cavidan Nizami oğlunun barelyefinin ətrafının abadlaşdırılmasına bələdiyyə büdcəsindən 3644.00 ( üç min altı yüz qırx dörd ) manat vəsait ayrılmışdır.
II Qarabağ müharibəsu Şəhidi İbrahimli Cavidan Nizami oğlunun yaşadığı küçəyə,Tofiq Məmmədov küçəsində adının əbədiləşdirilməsi məqsədilə Şəhid İbrahimli Cavidan Nizami oğlunun adı həkk olunan vinil lövhənin vurulmasına köməklik göstərilməsini xahiş etmişdir. Bu məqsədlə bələdiyyənin büdcəsindən 1190.00 (bir min yüz doxsan ) manat vəsait ayrılmışdır.
I Qarabağ müharibəsi Şəhidi Quliyev Bakir Əliqulu oğlunun Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 329 saylı tam orta məktəbin həyətində Şəhidin xatirə lövhəsinin vurulması məqsədilə 5764.00 (beş min yeddi yüz altmış dörd ) manat vəsaitin ayrılmışdır.
Badamdar qəbiristanlığında Badamdar Şəhidlərinin mayor Əhədzadə İlkin Qələmşah oğlunun, Həsənov Vüsal Ariz oğlunun, Səfərov Məmmədağa Balakişi oğlunun, Məmmədov Cəmil Habil oğlunun, İsmayılov Orxan Zöhrab oğlunun xatirə abidələrinin qoyulmasına bələdiyyə büdcsəindən 5850.00 (beş min səkkiz yüz əlli) manat vəsait ayrılmışdır.
II Qarabağ müharibəsində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmış İsmayılov Orxan Zöhrab oğlunun anası İsmayılova Həcər Abduləli qızı Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi ev 7, mənzil 44 ünvanında evinin təmir edilməsinə köməklik göstərilməsi barədə bələdiyəyə müraciət etmişdir.Şəhid anasının müraciətinə əsasən onun yaşadığı evin təmir edilməsinə maddi köməklik göstərilmişdir. Bu məqsədlə bələdiyyə büdcəsindən 1000.00 (bir min) manat vəsait ayrılmışdır.
Badamdar qəsəbə sakinləri mütəmadi olaraq yaranan problemlərin aradan qaldırılması məqsədi ilə bələdiyyəyə müraciət edirlər. Biz də hər zaman sakinlərin problemlərini imkan daxilində aradan qaldırmağa çalışırıq. Eyni zamanda onu da qeyd etdi ki, sakinlərin növbəti müraciəti müharibə iştirakçılarının,qazilərin,təqaüdçülərin asudə vaxtlarını keçirmələri üçün ayrılmış otaqlara yeni stulların alınmasına köməklik göstərilmişdir, sakinlərin istirahəti üçün yeni stulların alınması məqsədi ilə bələdiyyə büdcəsindən 1400.00 (bir min dörd yüz) manat vəsait ayrılmışdır.
Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, K.Mehmandarov küçəsi sakinləri yaşadıqları küçənin yaşıllığını qorumaq üçün su ilə təmin olunmasına, şlanq və digər ləvazimatların alınmasına köməklik edilməsi barədə müraciət etmişlər. Bu məqsədlə Badamdar bələdiyyə büdcəsindən 600.00 (altı yüz) manat ayrılmışdır.
Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 4 hektar ərazinin məişət tulantılarından təmizlənməsi məqsədilə bələdiyyə büdcəsindən 6500.00 (altı min beş yüz) manat vəsait ayrılmışdır.
Şəhid atası Hacıyev Ramiz Həsən oğlu bələdiyyəyə müraciət edərək həyat yoldaşı mərhum Hacıyeva Rəna Mirzə qızının Badamdar qəbiristanlığında məzar daşıının qoyulmasına və ətrafının abadlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Şəhid atasının müraciətinə əsasən həyat yoldaşının Badamdar qəbiristanlığında məzar daşının qoyulmasına və ətrafının abadlaşdırılmasına köməklik göstərilməsi məqsədi ilə bələdiyyə büdcəsindən 5188.00 (beş min yüz səksən səkkiz ) manat vəsait ayrılmışdır.
I və II Qarabağ müharibəsində qəhrəmancasına Şəhid olan İgid Oğullarımızın adlarının əbədiləşdirilməsi məqsədilə Seymur Məmmədov küçəsində qoyulmuş Səbail Şəhidlərinin barelyef abidə kompleksinin ətrafına yeni səki daşlarının düzülməsi məqsədi ilə Badamdar bələdiyyə büdcəsindən 3509.00 (üç min beş yüz doqquz) manat vəsait ayrılmışdır.
Badamdar qəsəbəsində I Qarabağ müharibəsi Şəhidi Quliyev Bakir Əliqulu oğlunun, II Qarabağ müharibəsi Şəhidlərinin İbrahimli Cavidan Nizami oğlunun, Budaqov Yusif Ramiq oğlunun, Məmmədli Cəmil Habil oğlunun adları verilən küçələrə üzərində şəhidin Ad və soyadı həkk olunan lövhələrin vurulması ilə əlaqədar bələdiyyə büdcəsindən 1200.00 (bir min iki yüz) manat vəsait ayrılmışdır.
Qarabağ müharibəsi Şəhidləri Quliyev Bakir Əliqulu oğlunun və İbrahimli Cavidan Nizami oğlunun adları verilən küçələrin giriş hissəsinə xatirə lövhələrinin vurulması məqsədilə Badamdar bələdiyyə büdcəsindən 5000.00 (beş min) manat vəsait ayrılmışdır.
I Qarabağ müharibəsi Şəhidi Quliyev Bakir Əliqulu oğlunun adına verilən küçənin giriş hissəsində vurulan xatirə lövhəsinin ətrafının abadlaşdırılması məqsədi ilə Badamdar bələdiyyə büdcəsindən 5236.00 (beş min iki yüz otuz altı) manat vəsait ayrılmışdır.Badamdar bələdiyyəsinin inzibati binası uzun illərdir inşaa edilmişdir.Binanın fasadının və iş otaqlarının divarlarının təmizlənməsi və emulsiya vurulması,binada təmir işlərinin aparılması məqsədi ilə bələdiyyə büdcəsindən 9975.00 (doqquz min doqquz yüz yetmiş beş) manat vəsait ayrılmışdır.
Badamdar qəsəbəsi,Seyran Məmmədov küçəsi 16 və Seymur Məmmədov küçəsi 8 ünvanlarında yerləşən 5 mərtəbəli yataqxana binaları uzun müddətdir təmirsiz istismar nəticəsində qəzalı vəziyyətə düşmüşdür, istifadəyə yararsızdır.Bu məsələ ilə bağlı bina sakinlərinin də Badamdar bələdiyyəsinə bir çox müraciətləri olmuşdur. Odur ki, Bakı şəhər,Səbail rayon İcra Hakimiyyətinin 5-19/2-4/10-967/2023 saylı, 05.07.2023-cü il tarixli məktubunu və sakinlərin müraciətini nəzərər alaraq, sözügedən binaların qəzalı vəziyyətdə olması ilə əlaqədar binalarda texniki baxış işlərinin aparılması və texniki rəyin verilməsi üçün bələdiyyə büdcəsindən 10276.00 (on min iki yüz yetmiş altı ) manat vəsait ayrılmışdır.
Badamdar qəsəbəsi 3-cü yaşayış massivində daş karxanası hissəsinin təmizlənərək abadlaşdırılması məqsədilə 5900.00 (beş min doqquz yüz) manat vəsait ayrılmışdır.
Badamdar qəbiristanlığında dəfn olunan Şəhidlərin Teymurov Vüsal Zakir oğlunun, Qurbanov Murad Asif oğlunun, İbrahimli Cavidan Nizami oğlunun, Hüseynov Vasif Qadir oğlunun, Rəcəbli Ruslan Aprel oğlunun, Hüseynov İsmayıl Şahvələd oğlunun, Ağayev Cavidan Mirzağa oğlunun, Tağıyev Əli Aydın oğlunun, Əliyev Fərid Pirəli oğlunun, Salahov Elvin Sabir oğlunun, Qənbərov Bilal Xanlar oğlunun, Budaqov Yusif Ramiq oğlunun,Şükürlü Nicat Ayaz oğlunun, Nağıyev Əli Mehman oğlunun, Həsənov Atabala Hüseyn oğlunun, Səmədov Daşqın Tariyel oğlunun məzarüstü abidələrinin ətrafının abadlaşdırılması, ətrafında yaşıllığın suvarılması məqsədilə su borularının çəkilməsi, məzarların ətraf divarlarının təmizlənməsi və emulsiya vurulması, qazon örtüyünün yenilənməsi məqsədilə Badamdar bələdiyyəsi büdcəsindən 8632.00 (səkkiz min altı yüz otuz iki ) manat vəsait ayrılmışdır.
Ölkəmizdə yaşayan hər bir əlil dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşdur.Əlilliyi olan şəxslərin sağlamlıqlarının qorunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.Dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi olan vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, aztəminatlı ailələrə lazımi maddi və mənəvi dəstək göstərmək və bu kimi digər işlər Badamdar bələdiyyəsi tərəfindən də uğurla həyata keçirilir, vətəndaşların lazımi ehtiyaclarının ödənliməsi, onların məmnunluğunun təmin edilməsi üçün şərait yaradılır.Bu məqsədlə Badamdar qəsəbə sakinləri Əliyev İbrahim Azər oğluna və Bəyalıyev Mahir Ağaverdi oğluna əlil arabası və sistem üçün 1 (bir) ədəd ştativ asılqan alınması üçün bələdiyyə büdcəsindən 584.00 (beş yüz səksən dörd) manat vəsait ayrılmışdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən, I Qarabağ müharibəsi Şəhidi Zülfüqarov Tənhan Cavanşir oğlunun keçdiyi qəhrəmanlıq yolundan qürurla danışdı. Badamdar bələdiyyəsi tərəfindən mütəmadi olaraq Şəhid ailələrinə, qazilərə maddi mənəvi köməklik edilir, diqqət və qayğı göstərilir. 24 noyabr 2023-cü il tarixində Səbail rayon bələdiyyələrinin “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Açıq Qapı günü”ndə Şəhid atası Zülfüqarov Cavanşir Abdulla oğlunun müraciətinə əsasən, oğlu Şəhid Zülfüqarov Tənhan Cavanşir oğlunun adının əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, 2-ci Badamdar ev 9 ünvanında, yaşadığı evin qarşısında xatirə lövhəsinin vurulması məqsədi ilə Badamdar bələdiyyə büdcəsindən 4217.00 (dörd min iki yüz on yeddi ) manat vəsait ayrılmışdır.
2023-cü ildə Badamdar bələdiyyəsi tərəfindən 138 vətəndaşa maddi köməklik göstərilmişdir, Bu məqsədlə Bələdiyyə büdcəsindən 27313.00 (iyirmi yeddi min üç yüz on üç) manat vəsait ayrılmışdır.
Qarşıda duran əsas vəzifələrimizdən biri qəsəbə sakinlərinin güvən və etimadını doğrultmaq, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görmək, rifahının yüksəldilməsi naminə çalışmaqdır.2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı, “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması istiqamətində geniş miqyaslı tədbirilərin təşkilində yaxından iştirak etmək bizim əsas amalımızdır.
Biz Badamdar bələdiyyəsi olaraq, gələcək fəaliyyətimizi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri və təklifləri əsasında quracayıq.
T.Q.Məmmədov
Səbail rayonu Badamdar bələdiyyə sədri
Rəylər
0 Rəy