Bələdiyyə büdcəsinə əlavə vəsaitin cəlb edilməsi üçün qanunamüvafiq işlər aparılır
(Şamaxı rayonu Dəmirçi bələdiyyəsi tərəfindən 2023-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə illik hesabatı)
“Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hər il Bələdiyyələr öz seçiciləri qarşısında hesabat verməlidirlər. Bildirmək istəyirəm ki, 2023-cü il ərzində Respublikamızda, o cümlədən işğaldan azad olunan ərazilərdə ciddi quruculuq işləri aparılır. Bildiyimiz kimi bu il ərzində Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuşdur. Bu ərazilərdə də quruculuq işləri sürətlə aparılır. Həmçinin rayonumuzda bir çox işlər aparılmışdır. Həmçinin 2023-cü il Heydər Əliyev ili olmuşdur. Bu səbəblə də Dəmirçi bələdiyyəsində müxtəlif tədbirlər, yaşıllaşdırma işləri aparılmışdır.
Ölkədə iqtisadi artım tempi qorunub saxlanmış, çox sayda yeni iş yerləri açılmışdır. Bütün sadaladığımız nailiyyətlərin əsası Ümummilli lider H.Əliyev tərəfindən qoyulmuş siyasi kursun ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur. İndi isə sizə 2023-cü ilin hesabatında bələdiyyədə görülmüş işlər haqqında məlumat vermək istəyirəm. Bildirmək istəyirəm ki, bələdiyyəmiz öz fəaliyyətini “ Bələdiyyələrin Nümunəvi Nizamnaməsi” və “Bələdiyyələrin Statusu haqqında” AzərbaycanRespublikasının Qanununa və digər hüquqi normativ aktların tələbinə uyğun qurmağa çalışmışdır. 2023-cü il ərzində bələdiyyə tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşları qəbul etməklə, onların müraciətlərinə baxılmış, bələdiyyə əhalisinin sosial rifah halının yaxşılaşdırılması üçün səy göstəilrmiş, bələdiyyə fəaliyətinə dair statistik hesabatlar təqdim olunmuşdur.
Bir bələdiyyənini normal fəaliyyəti üçün onun maliyyə mənbəyi olmalıdır. Bu “Bələdiyyə maliyəsinin əsasları haqqda” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanuna görə Bələdiyyə maliyyəsinin əsaslarını Bələdiyyə əmlakı, Bələdiyyə torpaqları, yerli büdcə, büdcədənkənar fondlar, bələdiyyənin istehsal-xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.
İndi isə sizə 2023-cü il ərzində bələdiyyə büdcəsinin icrası və ondan istifadə vəziyyəti haqqında məlumat verirəm. Faktiki olaraq 2023-cü il ərzində bələdiyyənin mədaxil büdcəsi aşağıdaki kimi olmuşdur.
01.01.2023-cü il tarixə Bank və Poçt hesab qalığı 6793.19 manat olmuşdur.
1. Torpaq vergisi 2105.28 manat
2. Əmlak vergisi 862.22 manat
3. Digər xidmətlər 9900.00 manat
4. İcarə haqqı 12143.00 manat
5.Torpaq satışı 3550.00 manat
6. Dotasiya 1820.00 manat
Cəmi: 30380.50 manat
Yekun: 37173.69 manat.
Daxil olan vəsait aşağıda göstırilən işlərə sərf olunmuşdur.
1.Əmək haqqının ödənilməsi 8978.18 manat
2. DSMF və tibbi sığorta (ə/h tutulma) 897.34 manat
3.YAP 54.59 manat
4. Silahlı Qüvvələr 100.28 manat
5.DSMF və tibbi sığorta (xüsusi hesab) 2127.10 manat
6.Bank xidməti 217.98 manat
7.İcbari sığorta 19.20 manat
8. Bams xidməti (3% ) 550.83 manat
9.Kompyuter və dəftərxana avadanlığı 884.00 manat
10.DƏDKR xidmət haqqı 896.00 manat
11.DƏDKR rüsumu 260.00 manat
12.Ekologiyaya rüsum 100.00 manat
13.Abunə 87.40 manat
14.AKBMA rüsum 60.00 manat
15.Audit xidməti 870.00 manat
16.Hərrac xidməti 188.80 manat
17.Silahlı Qüvvələrə yardım 300.00 manat
18.Məhkəmə ekspertizası 311.00 manat
19.Kommunal xərclər 89.00 manat
20.Yol təmirinə görə yanacaq alınması 1200.00 manat
21. Su anbarının tikintisinə görə 9865.23 manat
22.Aztəminatlı ailələrə yardım 500.00 manat
Cəmi: 28556.93 manat
01.01.2024-cü il tarixə Bank və Poçt hesab qalığı 8616.76 manat olmuşdur.
Məlum olduğu kimi bələdiyyənin yerli büdcəsi əsasən fiziki şəxslərdən yığılan torpaq və əmlak vergilərindən, yığılan rüsumlardan, icarələrdən və torpaq satışından formalaşır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, işlərimizdə müəyyən çətinliklər olmuşdur. Hazırda bələdiyyənin əhatə etdiyi ərazidə vətəndaşlar tərəfindən ödənilməli olan xeyli miqdarda vergilər bələdiyyə büdcəsinə ödənilməmişdir. Yaxşı olar ki, əhali bu sahədə aktivlik göstərib bələdiyyəyə çatacaq vəsaiti vaxtında ödəsinlər ki, gələcəkdə həllini gözləyən problemlərimizi yerinə yetirə bilək. Bələdiyyə büdcəsinə əlavə gəlirlərin cəlb edilməsi üçün əlavə olaraq qanunamüvafiq işlər aparılır.
Həmçinin ”Bakcell”MMC -nin 2008-ci ildən bələdiyyə ərazisində mobil stansiya quraşdırdığı, lakin Dəmirçi bələdiyyəsi ilə deyil, qeyri-qanuni olaraq o zamankı bələdiyyə sədri işləmiş şəxs ilə müqavilə bağladığı və bələdiyyə büdcəsinə ödəniş etmədiyinə görə başlanılmış məhkəmə prosesi barışıq sazişinin bağlanması ilə başa çatmışdır. Bu məhkəmə prosesinin nəticəsində bələdiyyəmizə 8000 manat birdəfəlik vəsait daxil olmuş və icarə müqaviləsi bağlanmışdır. Bundan əlavə digər icarə müqavilələrinin bağlanması və sairə görülmüş işlərin nəticəsində bələdiyyə büdcəsinin formalaşdırılmışdır. Bununla bərabər olaraq bələdiyyə ərazisində camaatın köməkliyi ilə bir çox işlər görülmüşdür. Dəmirçi kəndində əhalinin su problemlərinin həll edilməsinə görə su xəttləri yenilənmiş, kənd üçün su anbarının tikintisinə başlanılmışdır. Qışın gəlməsi ilə əlaqədar olaraq tikinti saxlanılsa da, yaz aylarında tikintinin tamamlanması və istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə yollar qismən təmir edilmiş, zibilliklər yığışdırılmışdır. Yaz və payız aylarında leysan yağışlarının yağması müəyyən problemlər yaratsa da, bu çətinliklərin öhdəsindən əhalinin köməyi ilə gəlmişik. Əhalinin arasında heyvandarlığın inkişafına köməklik göstərilir və örüş əraziləri ilə tam şəkildə təmin edilmişdir. Əhalinin aztəminatlı təbəqəsinə yardımlar edilmişdir. İməclik vasitəsilə qəbiristanlıqlarda təmizlik və abadlışdırılma işləri aparılmışdır. Həmçinin şəxsi vəsaitlərimiz hesabına məktəblər yanacaq ilə qismən təmin edilmişdir.
Seçicilərimizi əmin etmək istəyirəm ki, Dəmirçi bələdiyyəsi öz fəaliyyətini 2024-cü ildə də daha da yaxşı quracaq və sizin etimadınızı doğrutmağa çalışacaq.
Ariz Şükürov
Şamaxı rayonu Dəmirçi bələdiyyəsinin sədri
Rəylər
0 Rəy