Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-01-2024 , 16:53

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin miqyası bələdiyyənin maliyyə imkanlarından asılıdır

 

(Qaraçuxur Bələdiyyəsinin 2023-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr haqqında

HESABATI)

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli, Sərəncamı ilə xalqımızın böyük oğlu, Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdi.

2023-cü il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də öz töhfəsini verərək, torpaqlarımızı tam işğaldan azad etdi və Ulu Öndər Heydər Əliyevin 100 illiyində  Müzəffər Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa edərək 2023-cü ili tarixə yazdı.

 Qaraçuxur bələdiyyəsi də öz növbəsində “Heydər Əliyev ili” çərçivəsində bir sıra tədbirlər, eyni zamanda qəsəbə ərazisində yenidənqurma, parklarda təmizlik, abadlıq, yaşıllaşdırma və quruculuq işləri aparmışdır.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2023-cü ildə Qaraçuxur bələdiyyəsinin gördüyü işlərin hesabatını diqqətinizə çatdırmaq istərdim.

Qaraçuxur bələdiyyəsi Qaraçuxur və Yeni Günəşli yaşayış sahəsini əhatə edir.

2023-cü ildə Qaraçuxur bələdiyyəsinin gördüyü quruculuq-abadlıq işlərinin bir neçəsini qısa olaraq diqqətinizə çatdırıram.

·   Qaraçuxur qəsəbəsinin inzibati ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların budanması və ya götürülməsi ilə bağlı ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müraciət olunmuşdur.

·  Qaraçuxur qəsəbəsinin inzibati ərazisində Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən 2 saylı uşaq evinə gedən yolda (“D” y/s 1,2,3 saylı binaların qarşısında), İ.Musayev küçəsi, N.İsmayılov küçəsi, Yeni Günəşli “D” yaşayış sahəsi bina 26-nın qarşısında, Qaraçuxur qəsəbəsi “Şərq” yaşayış sahəsi 10-cu döngə, Yeni Günəşli “AB” yaşayış sahəsi, ev 64, 66 və 143, Qaraçuxur qəsəbəsi, “Şərq”  yaşayış sahəsi,  2704-ün arxası ünvanlarda məhəllədaxili yolların asfaltlanması işləri görülmüşdür.

·   Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 10-cu binanın, Yeni Günəşli “V” yaşayış sahəsi, ev 14-dün fasadının rənglənməsi işləri görülmüşdür.

· Yeni Günəşli “Ana-bala parkı”nda aqlay daşın vurulması işləri görülmüşdür.

 Bələdiyyənin diqqət mərkəzində olan məsələlərdən biri də qəsəbə ərazisində məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılıb təmizlənməsidir.

Bunun üçün aidiyyatı qurumlarla gündəlik əlaqə saxlanılıb və mövcud problemlər onların diqqətinə çatdırılıb, eləcə də yol kənarlarına və məişət tullantıları meydançalarına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb daşınmasında müvafiq köməkliklər göstərilmişdir.

Hesabat ilində bələdiyyəmiz sosial-humanitar tədbirlər çərçivəsində qəsəbədə yaşayan Şəhid ailələrinə, aztəminatlı ailələrə, kimsəzilərə, xəstələrə, qocalara, maddi imkansızlara və valideyn himayəsindən məhrum olan uşaqlara maddi yardımlar göstərilmiş, Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında yerləşən “Veteranlar guşəsi”nin işlətdikləri məişət qazın ödənişini, Yeni Günəşli “AB”, “Q” yaşayış sahələrində və Samir Cəfərov küçəsində “Veteranlar guşəsinin istifadə etdiyi elektrik enerjisinin ödənişi bələdiyyənin vəsaiti hesabına yerinə yetirilmişdir.

2023-cü il ərzində Qaraçuxur Bələdiyyəsinin 20 ümumi iclası keçirilmişdir. İclasların gündəliyinə 48 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.

Hesabat ili ərzində 152 nəfər vətəndaş qəbul edilib. Əhalidən daxil olan ərizələrin sayı 224, idarə, müəssisələrdən daxil olan məktubların sayı 245, cavablandırılan və göndərilən məktubların sayı 367, arayışların sayı 455 olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən araşdırılaraq cavablandırılmış və yaxud aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin imkanları daxilində sakinlərin istək və arzularına uyğun həll edilmişdir. İl ərzində 390 nəfər hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər və zabitlərimizin qeydiyyatı aparılmışdır.

İxdiyar Nəcəfov qeyd etdi ki, 2024-cü ilin əvvəlinə qalıq 12.567.00 (on iki min beş yüz altmış yeddi) manat olub, 2023-cü ildə bələdiyyə büdcəsinin ümumi gəliri 290.222.00 (iki yüz doxsan min iki yüz iyirmi iki) manat, xərci  isə 280.706.00 (iki yüz səksən min yeddi yüz altı) manat olmuşdur. 

Hamımıza məlumdur ki, yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin sayı və miqyası bələdiyyənin maliyyə imkanlarından asılıdır. Bu baxımından bələdiyyəmizin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədi ilə yerli vergi və ödənişlərin yığılması işini daha səmərəli təşkil etməyə səy göstəririk. Avtomatlaşdırılmış Məlumat Sistemində (BAMS) aparılan yeniliklər nəticəsində Əmlak Məsələləri Dövlət Xidmətində qeydiyyatda olan çıxarışların bələdiyyənin ərazisi üzrə əldə olunması vergi yığımına müsbət təsir göstərir.

Xatırladıram ki, 01 yanvar 2015-ci il tarixdən yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsiz ödəmə vasitələri ilə, o cümlədən internet üzərindən hesab.az ödəniş portalı vasitəsilə həyata keçirilir. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.

Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, hesabat ilində Yerli vergi və ödənişin ödənilməsindən illərlə imtina etmiş 142 vergi ödəyicisi barədə inzibati akt tərtib edərək sənədlərini  məcburi icraya yönəltmişik. “İnzibati icraat haqqında” Qanununun 82.1 və 82.2 maddələri əsasında inzibati akt tərtib olunaraq məcburi qaydada Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən icra məmuru tərəfindən icra olunmuşdur.

Hesabat ilində Suraxanı rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası ilə qarşılıqlı əlaqəli işləmişik.

Bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli vergilər və rüsumdan formalaşır.

2023-cü ərzində avtomobil dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz hələ də qalmaqdadır.

Xatırlatmaq istəyirəm ki, hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış eləcə də Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi üçün vətəndaşların qeyri rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.

Hesab edirəm ki, bugün qəsəbəmizdə abadlıq və quruculuq sahəsində görülən tədbirlərdə bələdiyyəmizin işi nəzərə çarpacaq dərəcədədir.

2024-cü ildə qarşılıqda duran vəzifələr eləcə də həlli vacib olan sosial yönümlü işləri diqqətinizə çatdırıram.

 ·       Qaraçuxur qəsəbəsinin inzibati ərazisində məhəllədaxili yollarda abadlıq işlərinin görülməsi

·       Qəsəbə ərazisində yaşayan az təminatlı ailələrə, şəhid ailələrinə maddi yardım edilməsi və dəfn xərclərinə köməklik göstərmək

·       Qaraçuxur bələdiyyəsinin balansında olan park və xiyabanlarda abadlıq və yaşıllaşdırma işlərinin aparılması

·       Qəsəbə ərazisində yol kənarlarına və zibil meydançaları ətrafına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb təmizlənməsi

·       Qəsəbə ərazisindən gündəlik məişət tullantılarınnın yığışdırılıb daşınmasına nəzarət və konteynerlərinin təmirinə köməklik

·       Qurban, Novruz və Ramazan bayramlarında qəsəbə ərazisində yaşayan aztəminatlı ailələrə, şəhid və qazi  ailələrinə “Qurban payı” və Bayram sovqatının verilməsi

·       Qəsəbə ərazisində Qaraçuxur bələdiyyəsi tərəfindən yeni salınmış yaşıllıqların və ağacların suvarılması, yeni su xətlərinin çəkilməsi

·       Qaraçuxur qəsəbə eləcə də Yeni Günəşli  qəbristanlığında abadlıq işlərinin görülməsi

·       Qarabağ Müharibəsi və Vətən Müharibəsində şəhid və qazi olmuş şəxslərin ailələrinin ziyarət olunması.

Bir daha sizləri əmin edirəm ki, Qaraçuxur bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə fəalliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin işinin təşkilində yaxından köməklik göstərəcək, yerli icra orqanları ilə birlikdə qarşıda duran məsələlərin həll olunmasında üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

İxdiyar Nəcəfov

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri        

Rəylər

0 Rəy


Rəy yaz