Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-11-2024 , 21:46

260

Son xəbərlər

Bütün xəbərlər

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri "Fəxri Diplom"la təltif edilib

"8 Noyabr-Zəfər günü" və "9  Noyabr Bayraq günü" ilə əlaqədar  Xəzər rayonu Şağan bələdiyyəsinin sədri və F. Gözəlov adına 124 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor  müavini  Sevinc Atayevanın təşkilatçılığı ilə adıçəkilən məktəbin akt zalında ədəbi-bədii tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazi və müharibə veteranları  iştirak edib. Tədbir şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda rəngarəng çıxışlar  nümayiş olunub.

Tədbirdə Şağan bələdiyyəsinin sədri Sevinc Atayeva  " Şəhid  Ailələri   Əlillər və Müharibə Veteranlarının Müdafiəsi"  İctimai Birliyinin tərəfindən "Şəhid, qazi və müharibə veteranlarına göstərdiyi qayöl və diqqətə görə "Fəxri Diplom"la təltif olunub.

Tədbirdə çıxış edən İctimai birliyin sədr müavini Kamil Babayev çıxışında qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Sədr müavini bildirb ki, "Fəxri Diplom"a layiq görülənlər, xüsusəndə Şağan bələdiyyəsinin sədri  Sevinc Atayeva daim  şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır.  Bələdiyyə sədri hər zaman əhalinin həssas qruplarına, şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğı ilə seçilir. Bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq bələdiyyə tərəfindən  layihələr icra olunur və bu istiqamətdə gerçəkləşdirilən bütün məsələlər xüsusi diqqətdə saxlanılır.

Tədbridə çıxış edən Şağan bələdiyyəsinin sədri Sevinc Atayeva  çıxış edərək ona göstərilən bu etmada gorə təşəkkürünü bildirib və qeyd edib ki, şəhid ailələrinə və müharibə veteranlarına diqqət göstərmək, onların qayğıları ilə maraqlanmaq hər bir bələdiyyə üzvünün və qulluqçusunun mənəvi borcudur.

Belediyye.info



Rəylər

1 Rəy

E. Dadaşov

11-11-2024, 3 gün əvvəl

Təşəkkür edirik. Həmişə belə vətənpərvər olasız. Vətənin yanında olasız. Şəhid və Qazi ailələrinə hörmət etmək, tək Sevinc xanımın yox, bütün Azərbaycan xalqının borcudur. Mən ölkəm və millətim ilə fəxr edirəm.. Azərbaycanlı olmağımla qürur duyuram. Yaşasın Azərbaycan, yaşasın xalqımız..👏👏

Cavabla

Rəy yaz

Oxşar xəbərlər