Mətləb Əliyev: “”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihələrə Buzovna bələdiyyəsi də öz töhfəsini verməkdədir”
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda
keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən
Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və
qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının
alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”-bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Mətləb Əliyev deyib.
Sədr qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
həyata keçirilən layihələrə Buzovna bələdiyyəsi də öz töhfəsini verməkdədir.
Ölkə başçısının “Yaşıl dünya naminə həmrəylik ili”nin
keçirilməsi ilə bağlı sərəncam imzalayandan dərhal sonra bələdiyyə iclasında
artıq müzakirə keçirilərək konkret addımların atılması qərar alınıb. Xəzər
RİH-in təklif və tövsiyələri
nəzərə alınmaqla təsdiq edilmiş proqramda əsas diqqət ərazidə yaşıllığın
salınmasına, habelə mövcud yaşıllıqların mühafizəsinə, habelə yaşıllıq
zolaqlarında ağacəkmə aksiyaların keçirilməsinə yönəldilib.
Ötən
dövr ərzində nəzərdə tutulan layihələrin bir çoxu icra olunub. İstər küçə və
prospektlərdə yeni ağacların əkilməsi həyata keçirilmiş, çoxsaylı “Eldar şamı”
ağacı əkilərək, aqrotexniki qulluq göstərilib. Bununla yanaşı bir
çox yaşıllıq zolaqlarında gül kollarının da əkilməsi həyata keçirilmişdir.
Xəzər RİH-in təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyalarında
bələdiyyə üzv və qulluqçuları, könüllülər və qəsəbə sakinləri hər daim yaxından iştirak
ediblər.
Məqsədimiz həyata keçirlən layihələrə töhfə verməkdir.
Belediyye.info
Rəylər
0 Rəy