Daha bir icra başçısı bələdiyyənin inzibati binasında qəbul keçirdi
Yasamal rayonunda sakinlər üçün iyun ayı üzrə növbəti səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü Yasamal Bələdiyyəsinin akt zalında baş tutub.
Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, bələdiyyə və MKTB rəhbərləri də iştirak ediblər.
Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.
Sakinlər Prezident cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər.
Daha sonra Yasamal rayonunun sakinləri küçələrin işıqlandırılması, ət kəsimi məntəqələrinin fəaliyyəti, qəzalı ev damlarının təmiri, həyətlərin abadlaşdırılması, su çənlərinin götürülməsi, istismar müddəti bitmiş liftlərin əvəzlənməsi, ticarət köşklərinin fəaliyyəti, sənədsiz avtoqarajların taleyi, əlillərin evlə təminatı və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar.
Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret tapşırıq və göstərişlər verib.
İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib.
Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.
Rəylər
0 Rəy