Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2024 , 21:38

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nizami rayonunda bələdiyyənin təşəbbüsü ilə qəbiristanlıqda iməcilik təşkil olunub

Bakının Nizami rayonunda bələdiyyənin təşəbbüsü ilə qəbirstanlıqda iməcilik təşkil olunub. Bu barədə məlumatı Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib.

Sədr bildirib ki, rayonda aparılan abadlıq-quruculuq işləri çərçivəsində  qapalı beynəlmiləl qəbirstanlığında təmizlik işləri aparılıb. Nizami RİH-in Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşlarının iştirakıyla keçirilən iməcilikdə  məzarlıqların ətrafı səliqə-sahmana salınıb, ərazidəki  otlar və kol-kos təmizlənib.

Könüllülərin iştirak etdiyi iməcilik işlərinə Nizami Bələdiyyəsi və Mənzil Kommunal Təsərrüfatı Birliyinin onlarla əməkdaşı, nəqliyyat vasitələri və texnika cəlb edilib. Aparılan işlər nəticəsində ərazi zibillikdən təmizlənib, qurumuş kollar kəsilərək yığışdırılıb, yollar isə səhmana salınıb.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər