Fatmayı kəndində poçt şöbəsinin bağlanması həm də bələdiyyənin büdcə gəlirlərinin azalmasına səbəb olur
Abşeron
rayonu Fatmayı kənd sakinlərinin Belediyye.infoya verdiyi məlumata görə, xeyli
müddətdir kənddə fəaliyyət göstərən poçt şöbəsi naməlum səbəbdən bağlanıb.
Poçt şöbəsinin
bağlanması nəticəsində sakinlərin məktub, teleqram və digər poçt xidmətlərindən
istifadə edə bilmirlər. Bununla yanaşı, kommunal ödənişlərin, habelə bələdiyyə
vergilərinin ödənişini həyata keçirmək mümkün olmur. Bununla bağlı sakinlər
ciddi problemlərlə üz-üzə qalır və ən əsası
bələdiyyə vergilərinin ödənməsi ləngidiyindən bəzən borca faizdə
hesablanır.
Fatmayı kənd
bələdiyyəsindən deyilənlərin həqiqətə uyğun olduğu deyildi. Poct şöbəsinin
bağlanması bələdiyyənin büdcə gəlirlərinə də ciddi şəkildə təsir etdiyini də təsdiqlədilər.
Sakinlərlə
söhbət zamanı o da məlum oldu ki, fəal sakinlərin bir qrupunun bu günlərdə “Azərpoçt”
MMC-nin məsul vəzifəli şəxsləriylə görüşü olub.
Sakinlər
bildiriblər ki, danışıqlar nəticəsində yaxın günlərdə Fatmayı kəndində poçt şöbəsinin
yenidən fəaliyyətə başlayacağı deyilir. Sakinlər verilən vədə inanaraq hələ ki
gözləmək məcbriyyətindədirlər.
Qeyd edək
ki, kənddə fəaliyyət göstərən poçt şöbəsi bir neçə il əvvəl əsaslı şəkildə təmir
olunaraq sakinlərin istifadəsinə verilmişdi.
(“Azərpoçt”
MMC-nin də məsələyə münasibətini saytda istifadə etməyə hazırıq)
Belediyye.info
Rəylər
0 Rəy