Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib
Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Balababa Məcidov küçəsi 22 ünvanda Yasamal-28 MMC-nin sakinləri ilə səyyar görüşü keçirilmişdir. Ötən səyyar görüşdən sakinlərin istək və arzuları nəzərə alınaraq, asudə vaxtlarını keçirmək üçün məhəllədə yeni söhbətgahlar quraşdırılmış və abadlıq işləri aparılmışdır.Görülən işlərə görə Yasamal-28 MMC-nin idarə heyətinin sədri Sarıcalinskaya Kamalə Tofiq qızı və məhəllə komitəsinin sədri Səlimov Tofiq Zülü oğlu sakinlər adından Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlıqlarını bildirmişlər.
Sonda Yasamal-28 MMC-nin idarə heyətinin
sədri Sarıcalinskaya Kamalə Tofiq qızı və məhəllə komitəsinin sədri Səlimov
Tofiq Zülü oğlu Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində,Azərbaycan
vətəndaş Cəmiyyətinin İnkişafında, gənclərin hərbi vətənpərvərlik
ruhunun aşılanması və bələdiyyə vətəndaş vəhdətinin möhkəmlənməsi
istiqamətində aktiv fəaliyyətlərinə görə Yasamal bələdiyyəsinin Fəxri fərmanı
ilə təltif ediliblər.
Belə layihələr mütəmadi olaraq rayon ərazisində Bələdiyyə tərəfindən davam etdirilir.
Yasamal Bələdiyyəsi