Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-05-2024 , 21:47

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyələrin iştirakıyla Binəqədi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan növbəti ağacəkmə aksiyası keçirilib

Bu gün  Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinin təşəbbüsü, Binəqədi Bələdiyyəsinin təşkilatçılığı, habelə  Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin nümayəndələrinin iştirakıyla Binəqədi rayonu ərazisində ağacəkmə, o cümlədən sahilyanı zonada təmizlik aksiyası keçirilib.

Aksiyada Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov, habelə mərkəzin məsul işçiləri, paytaxtda formalar bələdiyyələrin sədrləri və qulluqçuları iştirak ediblər. Bu Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsü ilə keçirilən ikinci aksiyadır. Bundan əvvəl belə bir aksiya Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə keçirilmişdir.

Bu aksiyaların keçirilməsində məqsəd yaşıllaşdırma ənənələri irsini davam etdirmək və insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən, habelə çimərlik zonasında təmizliyə riayət olunmasını təbliğ etməkdən ibarət olub.

Aksiyada 200 ədəd “Eldar şamı” ağacı əkilərək aqrotexniki xidmət göstərilib.

Əlavə edək ki, dövlət başçısının Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli  Sərəncamından irəli gələn məsələlər barədə” tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilib.

Tövsiyəyə uyğun olaraq ölkənin ayrı-ayrı bələdiyyələri tərəfindən çoxsaylı ağacəkmə aksiyaları və ekoloji tədbirlər həyata keçirilməsi nəzərdə tutulub.

Sonda aksiya iştirakçıları ilə xatirə şəkli çəkilib.

Belediyye.info



Rəylər

1 Rəy

Eldar Məmmədov

04-05-2024, 2 ay əvvəl

Əhsən bu tədbirə

Cavabla

Rəy yaz

Oxşar xəbərlər