”Xatirə bağı” ında ağacəkmə aksiyası keçirilmişdir
Yasamal rayonu Abbas Mirzə Şərifzadə
küçəsi,Mətbuat prospekti və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşən
“Dağüstü 1 qəbiristanlığı”nda qarşıdan gələn faşizm üzərində qələbənin 79
ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
Yasamal bələdiyyəsinin və Rusiya Federasiyasının Azərbaycan
Respublikasındakı səfirliyinin
əməkdaşlarının iştirakı ilə Böyük Vətən Müharibəsi zamanı 1941-1945-ci illərdə həlak olanların
dəfn olunduqları qardaşlıq məzarlığında
və ”Xatirə bağı” ında ağacəkmə və təmizlik aksiyası keçirilmişdir.
Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilmiş və genişmiqyaslı təmizlik
işləri aparılmışdır.Əkilən ağaclar suvarılıb və onlara aqrotexniki
qulluq göstərilmişdir.
04.05.2024