Sakinin səsləndirdiyi təkliflər Xətai bələdiyyəsində keçirilən görüşdə müzakirə edildi
Xətai
rayon sakini, sahibkarlıq fəaliyyətiylə məşğul olan Kamran Qasımovun müraciətinə
əsasən Xətai bələdiyyəsində görüş
keçirilib.
Bələdiyyə
sədri Elşad Vəliyevin, bələdiyyə qulluqçularının və “Bələdiyyələrin fəaliyyətinin
təbliği” İctimai birlyinin sədri VüqarTofiqlinin iştirakıyla keçirilən görüşdə vergi ödəyicisi olan Kamran Qasımovun üzləşdiyi
çətinliklərlə yanaşı, həm də bələdiyyənin
fəaliyyətinin təkmilləşdirilməsiylə bağlı səsləndirdiyi təkliflər müzakirə
olunmuşdur.
Bələdiyyə
sədri Elşad Vəliyev görüşdə qaldırılan məsələlərə diqqətlə yanaşaraq, vətəndaş
məmnunluğunun təmin edilməsinə bələdiyyənin hər zaman həssaqlıqla yanaşğını
qeyd edib. Vergi ödəyicilərinin üzləşdiyi probem və çətinliklər, yaranan
anlaşılmazlıqlar hər daim bələdiyyə iclasının qərarıyla yaradılmış komisiyada
operativ şəkildə təhlil edilərək həlli istiqamətində addımlar atılır.
Görüşdə
sədr həmçinin səslənən təklilfərin diqqətəçəkən olduğunu və yaxın günlərdə bələdiyyə
iclasında da müzakirə ediləcəyini qeyd edilib.
Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə bələdiyyə-vətəndaş münasibətlərinin yüksək səviyyədə olması, bələdiyyənin də söylənildiyi kimi “xalqın xidmətçisi olması” üçün bundan sonrada var qüvvə ilə çalışacaqları bildirilib.
Rəylər
0 Rəy