“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xocasən bələdiyyəsi növbəti aksiya keçirib
Azərbaycan
Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsi haqqında Sərəncamına müvafiq olaraq Xocəsən bələdiyyəsinin üzv və
qulluqçularının iştirakıyla şəhid və qazi ailələrinin yaşadığı şəhərcikdə ağacəkmə
aksiyası keçirilib. Bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Nigar Məmmədova
bildirib.
Aklsiya
zamanı müxtəlif növ tinglər və gül kolları əkilərək aqrotexnki xidmət göstərilib.
Sədr bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.
Belediyye.info
Rəylər
0 Rəy