"Dağüstü 1" qəbiristanlığında abadlıq-quruculuq işləri davam etdirilir
Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi,Mətbuat prospekti və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşən “Dağüstü 1 qəbiristanlığı”nda qarşıdan gələn faşizm üzərində qələbənin 79 ildönümü münasibətilə Böyük Vətən Müharibəsi zamanı 1941-1945-ci illərdə həlak olanların dəfn olunduqları qardaşlıq məzarlığında aparılan abadlıq işləri davam etdirilir. Qəbir daşları təmir edilir,Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə birlikdə genişmiqyaslı təmizlik işləri aparılır, yaşıl ağaclar budanır,köküstə quru vəziyyətdə olan ağaclar götürülür.
Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin böyük məsləhətçisi Andrey Rumyantsev 1941-1945-ci illərdə həlak olanların dəfn olunduqları qardaşlıq məzarlığında aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuşlar.Sonda sədr Tahir Məmmədov bələdiyyənin əməkdaşlarına görüləcək işlərlə bağlı bir sıra tapşırıqlar verdi.
Yasamal Bələdiyyəsi
22.04.2024