Bələdiyyə sədri: “Ramazan bayramı ilə əlaqədar 60-dan artıq qəsəbə sakininə bayram sovqatı paylanılıb”
“Şüvəlan
bələdiyyəsi daim qəsəbənin aztəminatlı ailələrini bayram günlərində diqqət
saxlayır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.
Sədrin
sözlərinə görə, müqəddəs Ramazan bayramı günlərində Xəzər RİH-in təşəbbüsü ilə
qəsəbənin şəhid, qazi və aztəminatlı ailələrinə
bayram sovqatı təqdim edilib.
Bayram
sövqatı təqdim edərkən həm də hər bir sakininin
Ramazan bayramı münasibəti ilə təbrik edilib. Barış və mərhəmət ayı sayılan Ramazan
ayında ölkəmizin xoşbəxt gələcəyi üçün dualar edildiyini deyən bələdiyyə sədri
qeyd edib ki, Şüvəlan Bələdiyyəsi bündan sonra da həssas qrupa aid insanları
unutmayacq. İlin sonunadək maliyyə
imkanları çərçivəsində sosial aksiyaları keçirmək niyyətindədir.
Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar 60-dan artıq qəsəbə sakininə bələdiyyə sədrinin, vergi xidməti rəhbərinin və bələdiyyə qulluqçularının iştirakıyla bayram sovqatı paylanılıb.
Belediyye.info