Mərdəkan Bələdiyyəsi daha bir ilkə imza atıb
“Mərdəkan
Bələdiyyəsi şəhid ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsini daim diqqətdə saxlayır. Bələdiyyə bununla yanaşı onların
xatirəsinin əbədiləşdirilməsini də unutmur”- bu fikirləri Xəzər rayonu Mərdəkan
Bələdiyyəsinin sədri Mirbaba Hüseynov bildirib.
Sədrin
sözlərinə görə, 2002-ci ildə bələdiyyə tərəfindən salınmış parkda şəhidlərin əziz
xatirəsinə yeni bulaq istifadəyə verilmişdir. Bununla yanaşı daim həmin parka ciddi
şəkildə xidmət göstərilir. Habelə parka əlavə oturacaqların quraşdırılması həyata
keçirilmiş, çoxsaylı “Eldar şamı” ağacı əkilərək aqrotexniki xidmət göstərilməkdədir.
Sədr
bildirib ki, bütün bunlarla yanaşı ilk olaraq şəhidlərin adları yazılmış xatirə
lövhəsinə hər bir şəhid olmuş qəsəbə sakininin adları yazılmış, o cümlədən əlavə
olaraq “GR kod“ yazılmış lövhə də vurulmuşdur. Telefonu koda yaxınlaşdırdıqda şəhidlər
haqqında geniş məlumat almaq olar.
Sədr daha sonra qeyd edib ki, “GR kod2 həmçinin şəhidlər
xiyabanında da uyuyan şəhid məzarlarında da quraşdırılmışdır.
Bələdiyyənin
tətbiq etdiyi ilki qəsəbə sakinləri tərəfindən
ehtiramla qarşılanmışdır.
Əlavə
edək ki, bələdiyyə parkındakı xatirə lövhəsində həmçinin 1918-ci il 31 mart
soyrıqıma məruz qalmış tanınmış qəsəbə sakinlərinin adları qeyd edilmiş və
ehtiramla xatırlanır.
Belediyye.info
Rəylər
0 Rəy