Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-10-2024 , 21:19

536

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Hüseynli: “Tədiyə bildirişləri maarifləndirici flayerlərlə birgə vergi ödəyicilərinə  təqdim edilir”

“Zirə bələdiyyəsinin əsas məqsədi sakinlərin müraciətini diqqətdə saxlamaqdır”- bu fikirləri Xəzər rayonu Zirə bələdiyyəsinin sədri  Anar Hüseynli Belediyye.infonun əməkdaşıyla söhbətində bildirib.

Sədr qeyd edib ki, sakinlər tərəfindən qaldırılan bir çox  məsələlərin həlli maliyyə vəsaiti tələb edir. Odur ki, bələdiyyənin vergi xidmətinin əsas məqsədi büdcə daxilolmalarının həcmini artırmağa çalışmaqdır.

Məhz bu məqsədlə vergi ödəyiciləriylə mütəmadi olaraq görüşlər keçirilir. Sakinləri maraqlandıran suallar cavablandırılır, həm də əldə edilən vergilərin xərclənəcəyi istiqamət haqqında fikir mübadiləsi aparılır.

Anar Hüseynli bildirib ki, 2017-ci illə müqayisədə büdcə gəlirlərimizi yüz faizədək artıra bilmişik. Əgər 2017-ci ildə 56.422 manat əldə edə bilmişiksə, bu rəqəm 2023-cü ildə  104.487 manat, 2024-cü ilin doqquz ayı ərzində isə 102.732 manat olub.

BAMS proqramı üzrə tədiyələrin üçotunun aparılmasında da ciddi irəliləyişlər hiss edilməkdədir. Əgər 2017-ci ildə  cəmi 131 tədiyəçi qeydiyyata alınmışdısa bu rəqəm 2023-cü ildə 2.100 nəfər, 2024-cü ilin doqquz ayı ərzində isə 2452 nəfər olub.

Sədr əmlak vergisnin yığımında  da ciddi irəliləyişə nail olunduğunu bildirib. Belə ki, 2017- ci ildə qəsəbə üzrə 5.858 manatlıq əmlak vergisi toplanılmışdısa, bu rəqəm 2023-cü ildə 18.650 manat, 2024-cü ilin doqquz ayı ərzində 21.661 manat maliyyə vəsaiti əldə olunub. İlin sonundək ümumi büdcə gəlirlərində 20 faizlik artımın olmasnı nəzərdə tuturuq.        

Sədr bildirib ki, tədiyə bildirişlərini maarifləndirici flayerlərlə birgə vergi ödəyicilərinə  təqdim etmək qərara alınıb. Flayerdə həm bələdiyyənin həyata keçirdiyi işlər öz əksini tapıb, həm də Vergi Məcəlləsinin Zirə qəsəbəsi üzrə vergi hesablamaları göstərilib.

Xatırladaq ki, Zirə kəndinə 02 dekabr 1960-cı ildə şəhər tipli qəsəbə statusu verilib.

Belediyye.info