Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-10-2024 , 22:33

468

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sədr: “Türkan bələdiyyəsi son illərdə qəsəbə ərazisində bir sıra ciddi            layihələrə imza atıb”

 Xəzər rayonu Türkan bələdiyyəsi fəaliyyəti ərzində qəsəbənin sosial problemlərini həll etməyə, qəsəbə ərazisində abadlıq işlərinin aparılmasına, şəhid və qazi ailələrinin, imkansız sakinlərin sosial problemlərinin həll edilməsinə daha çox diqqət ayırmışdır. Hər il tərtib olunan və bələdiyyə iclasında təsdiq olunan büdcə layihələri də sosialyönümlü olmuşdur. Son illərdə bələdiyyə tərəfindən görülən işlərin qısa icmalını təqdim edirik:  

                                                                   2020-ci il

2020-ci ilin birneçə ayında bütün təşkilatlar kimi Türkan bələdiyyəsi də pandemiya və karantin rejimi ilə əlaqədar tam gücü ilə işləyə bilməmişdir. Bu şəraitdə də qəsəbənin və sakinlərin sosial problemləri ön sırada olmuşdur.

2020-ci ilin sentyabr ayında işğal olunmuş torpaqlarımızın azad olunması və erməni təxribatının aradan qaldırılması üçün Ali Baş Komandanın əmri ilə Vətən müharibəsi başlanmışdır.44 günlük döyüşlərdə Türkan qəsəbəsindən də 100-dən artıq gənc könüllü olaraq cəbhəyə getmişdir.Bu dö-yüşlərdə qəsəbəmiz 2 şəhid vermişdir. Türkan bələdiyyəsi hər iki şəhidin cümə axşamı və qırx məclislərini təşkil etmiş,hər iki şəhidin məzar daşının hazırlanması üçün vəsait ayırmışdır.Hər mə-zar daşı üçün 2000 manat olmaqla 4000 manat vəsait xərclənmişdir.Müharibədən qayıdan gənc-lərin sosial problemlərinin aradan qaldırılması üçün də müəyyən tədbirlər həyata keçirilmiş,ilk növbədə onların işlə təmin olunmasına,yaralıların müalicəsinə diqqət ayrılmışdır.Bütün bu işlərdə qəsəbə ictimaiyyəti də yaxından iştirak etmişdir.

                                                           2021-ci il

Vətən müharibəsində şəhid olmuş 2 qəsəbə sakininin ailəsinə şəhidlərin il mərasiminin keçiril-məsi üçün hərəyə 500 manat olmaqla 1000 manat vəsait ayrılmışdır.

Əlil uşaqlara 100 manat yardım edilmiş,bir qəsəbə sakininə isə 50 manat birdəfəlik maddi yar-dım ödənilmişdir.             

                                                     2022-ci il

2022-ci ildə sosial problemlərin həllinə daha çox vəsait ayrılmışdır.   Sakinlərin müraciəti əsasında qəsəbənin şimal hissəsində fəaliyyətini saxlamış daş karxanasının beş hektarlıq ərazisin-də zibil poliqonu təmizlənmiş və bu işin görülməsinə 3.000 manat vəsait xərclənmişdir.Qəsəbənin başqa ərazisində küçədə yığılmış zibillərin təmizlənməsi üçün 300 manat vəsait xərclənmişdir.

Qəsəbədəki “İmam Hüseyn” məscidinin həyətində abadlıq işləri aparılmış və bu işə 771 man 14 qəp.vəsait ayrılmışdır.

Vətən Müharibəsində şəhid olmuş 2 qəsəbə sakininin xatirəsini əbədiləşdirmək üçün Türkan üzümçülük sovxozunda şəhid bulağı tikilmiş,ətrafı səliqəyə salınaraq bəzək kolları və müxtəlif ağaclar əkilmişdir.Bu işlərin görülməsinə 4500 manat vəsait xərclənmişdir.

Qəsəbədə isə sakinlərin yaxın köməyi ilə tikilən şəhid bulağına 471 manat vəsait ayrılmışdır.

Bir nəfər qaziyə müalicə olunmaq üçün 150 manat maddi yardım edilmişdir. Vətən müharibəsi şəhidi Şiriyev Rəşad Rasim oğlunun anasının mürəciəti əsasında şəhid ailəsinin yaşadığı evin dam örtüyünin yenidən vurulmasına və həyət qapısının təmirinə 4000 manat vəsait ayrılmışdır.

Qəsəbənin imkansız ailələrinə də sosial problemlərinin həlli üçün maddi yardım olunmuş-dur.Belə ki, 8 imkansız sakinə ümumilikdə 550 manat birdəfəlik maddi yardım ödənilmişdir.

Qəsəbə sakinlərinin Yeni il şənliyinin daha maraqlı şəkildə keçirmələri üçün şam ağacının alın-masına və qəsəbə ərazisində quraşdırılmasına 3.000 manat vəsait xərclənmişdir. 

                                                               2023-cü il

2023-cü ildə Bələdiyyə tərəfindən aşağıdakı işlər görülmüşdür: 

    - İmkansız ailələrə 1150 manat birdəfəlik maddi yardım ödənilmişdir.Bu vəsait 14 imkansız şəx-sə müxtəlif sosial problemlərinin həlli üçün verilmişdir.Bunlardan əlavə bir imkansız ailəyə evinin qəza vəziyyətində olan dam örtüyünün təmiri üçün 1000 manat yardım edilmiş,bir az təminatlı sa-kinin dam örtüyünün vurulması üçün alınan materiallara 1199 man.98 qəp. xərclənmişdir.

- Beş imkansız ailəyə ərzaq yardımı olunmuş və 208 man.22 qəp.vəsait xərclənmişdir.

  - Qəsəbənin daxili küçələrinin birində abadlıq və təmizlik işlərinin aparılmasına 966 manat və-sait xərclənmişdir.Ağaxan Abdullayev küçəsində aparılan abadlıq işləri üçün alınan materiallar üçün isə 1366 manat vəsait ayrılmışdır.

                                                                2024-cü il

 2024-cü ildə Türkan bələdiyyəsi tərəfindən aşağıdakı işlər həyata keçirilmişdir:

“İmam Hüseyn”məscidi dini icmasının müraciəti əsasında məscidin işıqlandırma sisteminin ye-nidən qurulmasına 1024 manat vəsait xərclənmişdir. Qəsəbədaxili küçələrdən birində abadlıq işlərinin görülməsinə 648 man.60 qəpik vəsait ayrıl-mışdır. Bir imkansız sakinin həyat yoldaşının məzar daşının hazırlanması üçün 1000 manat vəsait ayrılmışdır. Səkkiz aztəminatlı qəsəbə sakininə ümumilikdə 720 manat birdəfəlik maddi yardım ödənilmişdir.

***

Göründüyü kimi, Türkan bələdiyyəsi olaraq  görülən ilərin böyük bir qsimi Xəzər RİH təşəbbüsü ilə icra olunub. Maliyyə imkanları çərçivəsində ilin sonunadək bir sıra layhələrin də icrası nəzərdə tutulub. 

Sadəcə vergi ödəyicilərindən xahiş edərdik ki, vergilərini vaxtında ödəsinlər ki, bizdə bələdiyyə olaraq əldə etdiyimiz maliyyə vəsaitilə onların qaldırdığı məsələlərin həllinə nail olaq.  

Böyükağa Yarıyev

Xəzər rayonu Türkan bələdiyyəsinin sədri 





   

             


   

        


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər