Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-10-2024 , 23:12

493

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Habil Həmidov:  “Məqsədimiz bələdiyyə olaraq belə mötəbər tədbirə ev sahibliyi edən Bakımızda yaşıllığın qorunmasına öz töfhəmizi verməkdir”

“Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb” bu fikirləri Belediyye.infoya Xəzər rayonu Binə bələdiyyəsinin sədri Habil Həmidov bildirib. 

Cənab Prezidentin adıçəkilən sərəncamı Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən ölkənin hər yerində olduğu kimi Xəzər rayonun da  tədbirlərə davam etdirilir.  Son günlər Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı və bələdiyyələrin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Bu günədək rayon ərazisində keçirilən ağacəkmə aksiyasında minlərlə ağac əkilərək hər birinə aqrotexniki xidmət göstərilib.

Bununla yanaşı Binə bələdiyyəsi olaraq qəsəbədə yaşıllığın qorunması, mühafizəsi məqsədi ilə ciddi addımlar atılmaqdadır. Və bununla bağlı ölkə başçısının imzaladığı sərəncamdan sonra bələdiyyə iclasında xususi proqram müzakirə edilərək təsdiq edilımiş, bu gün qəsəbə bələdiyyə tərəfindən atılan hər bir addım məhz bu proqrama uyğun şəkildə həyata keçirilir.

Bizim məqsədimiz bələdiyyə olaraq belə mötəbər tədbirə ev sahibliyi edən Bakımızda yaşıllığın qorunmasına öz töfhəmizi verməkdir və bunun üçün var qüvvəmizlə çalışırıq.    

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər