Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-04-2024 , 21:38

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mərdəkan Bələdiyyəsi daha bir ilkə imza atıb

“Mərdəkan Bələdiyyəsi şəhid ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsini daim  diqqətdə saxlayır. Bələdiyyə bununla yanaşı onların xatirəsinin əbədiləşdirilməsini də unutmur”- bu fikirləri Xəzər rayonu Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov bildirib.

Sədrin sözlərinə görə, 2002-ci ildə bələdiyyə tərəfindən salınmış parkda şəhidlərin əziz xatirəsinə yeni bulaq istifadəyə verilmişdir. Bununla yanaşı daim həmin parka ciddi şəkildə xidmət göstərilir. Habelə parka əlavə oturacaqların quraşdırılması həyata keçirilmiş, çoxsaylı “Eldar şamı” ağacı əkilərək aqrotexniki xidmət göstərilməkdədir.

Sədr bildirib ki, bütün bunlarla yanaşı ilk olaraq şəhidlərin adları yazılmış xatirə lövhəsinə hər bir şəhid olmuş qəsəbə sakininin adları yazılmış, o cümlədən əlavə olaraq “GR kod“ yazılmış lövhə də vurulmuşdur. Telefonu koda yaxınlaşdırdıqda şəhidlər haqqında geniş məlumat almaq olar.

Sədr  daha sonra qeyd edib ki, “GR kod2 həmçinin şəhidlər xiyabanında da uyuyan şəhid məzarlarında da quraşdırılmışdır.

Bələdiyyənin tətbiq etdiyi ilki  qəsəbə sakinləri tərəfindən ehtiramla qarşılanmışdır.

Əlavə edək ki, bələdiyyə parkındakı xatirə lövhəsində həmçinin 1918-ci il 31 mart soyrıqıma məruz qalmış tanınmış qəsəbə sakinlərinin adları qeyd edilmiş və ehtiramla xatırlanır.

Belediyye.info