Yasamal RİH-in təşəbbüsü ilə bələdiyyə rayonunda abadlıq işləri davam etdirir
Yasamal
Bələdiyyəsindən daxil olan məlumata görə, rayonun ayrı-ayrı küçələrində, həyət və yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır, binaların həyətində sakinlərin asudə vaxtlarını keçirmək üçün söhbətgahlar və oturacaqlar qoyulur, onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə məhəllədaxili yollara asfalt örtüyü çəkilir.
Növbəti
abadlıq işləri rayonun Nəriman Nərimanov küçəsi 57/24 saylı binanın həyətində
aparılmış, söhbətgahlar,oturacaqlar qoyulmuş və məhəllədaxili yollara asfalt
örtüyü çəkilmişdir.
Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər mütəmadi olaraq davam etdirilir.
Yasamal Bələdiyyəsi