Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-03-2024 , 20:57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal RİH-in təşəbbüsü ilə bələdiyyə rayonunda abadlıq işləri davam etdirir

 Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal Bələdiyyəsi rayonun müxtəlif ünvanlarında kompleks tədbirlər həyata keçirilir.

Yasamal Bələdiyyəsindən daxil olan məlumata görə, rayonun ayrı-ayrı küçələrində, həyət və yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır, binaların  həyətində sakinlərin asudə vaxtlarını keçirmək üçün söhbətgahlar və oturacaqlar qoyulur, onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə  məhəllədaxili yollara asfalt örtüyü çəkilir.

Növbəti abadlıq işləri rayonun Nəriman Nərimanov küçəsi 57/24 saylı binanın həyətində aparılmış, söhbətgahlar,oturacaqlar qoyulmuş və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir.

Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər mütəmadi olaraq davam etdirilir.

Yasamal Bələdiyyəsi