Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-03-2024 , 17:29

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Ərazidə kifayət qədər sənədsiz mənzilin olması fəaliyyətimizə ciddi problem yaradır” 

“2019-cu illə müqayisədə bələdiyyənin əmlak vergisinin həcmini 11 faiz artırmağa nail olmuşuq”- bu fikirləri bələdiyyə kollektivinin iştirakıyla keçirilən görüşdə Suraxanı rayonu Qaraçuxur  Bələdiyyəsinin sədri İxtiyar Nəcəfov  bildirib.

Görüşdə iştirak etdiyimdən bəzi məqamlara bir qədər geniş toxunmaq istərdim.

***

Beləliklə, bələdiyyələrdə görüşlərimiz davam edir. Bu dəfə Qaraçuxur bələdiyyəsini ziyarət etdim. Sədrin təşkilatçılığı ilə kollektivin üzvləri ilə görüşdum. Ciddi fikir mübadiləsi aparıldı. Yeni işə götürülən gənclərin işə marağı və həvəsi diqqətimi çəkdi. Bələdiyyə sədri İxtiyar Nəcəfov ilk bələdiyyə seçkilərindən bələdiyyə üzvü, komisiyya sədri və sədr müavini, son on ilə yaxın bir müddətdə isə sədr vəzifəsində çalışır. İki saat yaxın davam edən görüşdə cavabsız qalan sualım olmadı.

Əlavə edim ki, Qaraçuxur bələdiyyəsi ölkəmizdə özünə inzibati bina inşa etdirən ilk bələdiyyələrdəndir. Bu məqamda xüsusilə qeyd edilməlidir ki, Qaraçuxur qəsəbəsində bələdiyyənin formalaşmasında və  müəyyən uğurların əldə olunmasında ilk vaxtlardan bələdiyyənin rəhbərliyində təmsil olunan şəxslərlə yanaşı, uzun illər bələdiyyədə  sədr müavini vəzifəsində çalışmış Əvəz Mirzəyevin də xüsusi xidmətləri danılmazdır.


***

Görüşdə sədr bildirib ki, bələdiyyənin vergi xidmətinin hazırda əsas məqsədi sakinlərlə gündəlik olaraq görüşlər keçirməklə vergiyə cəlb etməkdir.  Bu görüşlərin nəticəsidir ki, əmlak verigisinin həcmini 9.2 faiz artıra bilmişik. Ancaq 2020-ci illə müqayisədə əmlak vergisinin həcmini 66 faiz artırmışıq.

2019-cu ildə 209.702 manat, 2020-ci ildə 150.674 manat, 2021-ci ildə 163.481 manat, 2022-ci ildə 206.683 manat,  2023-cü ildə isə 226.569 min manat əmlak vergisini  toplaya bilmişik. Əvvəl ki, illərdən vergi yığımıyla bağlı qurulmuş sistemi daha təkmilləşdirmişik. Üstəlik, ötən il Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü və dəstəyi, Bələdiyyələrlə İş Mərkəzinin iştirakıyla Azərabaycan Bələdiyyələrinin Milli Assosiasiyası və “Bələdiyyələrə onlayn xidmət” Mərkəzi tərəfindən yenilənmiş BAMS proqramı və bu proqramın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiya edilməsi öz bəhrəsini verməkdədir. Bununla bağlı proqramla çalışa bilən  gənc və bacarıqlı kadrlar işə cəlb edilmişdir.

Hazırda ərazidə 24 min dən artıq vergi ödəyicisi qeydə alınıb. Ancaq təxmini hesablamalara görə, hələ 8 minə yaxın vergi ödəyicisi qeydə alınmalıdır. Bununla bağlı bələdiyyənin müvafiq şöbəsi ciddi addımlar atır.    

***

Sədrin sözlərinə görə, bələdiyyənin xəritəsinin təqdim edilməməsi, üstəlik ərazidə kifayət qədər sənədsiz mənzilin olması fəaliyyətimizə ciddi problem yaradır.  Bu problemlərin həlli həm büdcə vəsaitlərinin artmasına, həm də vətəndaş məmnunluğunun təmin edilməsinə səbəb olacaq.

Sədr görüşdə xüsusi olaraq vurğuladı ki, bələdiyyə olaraq hər zaman Suraxanı RİH-in dəstəyini hiss edirik. Belə ki, Suraxanı RİH-in təşəbbüsü ilə bir sıra layihələrin icrasına nail olmuşuq. Hazırda şəhid, qazi və aztəminatlı ailələrə maddi və mənəvi dəstəyi göstərməkdəyik.

Sədr sonda qeyd etdi ki, kollektivimiz bütün qüvvəsini səfərbər edərək maliyyə vəziyyətini artırmağa çalışır.

***

Sonda Qaraçuxur Bələdiyyəsinə uğurlar arzulamaqla, inanırıq ki, bələdiyyənin kollektivi sağlam mühit şəraitində irihəcmli layihələri icra etməklə seçicilərinin etimadını bundan sonra da doğruldacaqlar.

Vüqar Tofiqli


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər