Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-03-2024 , 10:27

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qaraçuxur bələdiyyəsində vətəndaş qəbulu keçirilib

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində vətəndaşların üzləşdiyi  problemlərin həlli ilə bağlı məsələlər daim bələdiyyə iclasında muzakirəyə çıxarılır və həlli diqqət mərkəzində saxlanılır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İxtiyar Nəcəfov növbəti vətəndaş qəbulu keçirərkən bildirib.

Bələdiyyə qulluqçularının iştirakıyla keçirilən qəbulda on nəfərə yaxın sakin qəbul edilib, müraciətləri dinlənilib.

Bələdiyyənin inzibati binasında baş tutan qəbul zamanı bələdiyyə sədri vətəndaşları  narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Sədr müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün bələdiyyənin struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər