Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-03-2024 , 10:21

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Vətəndaşlar bəzən nə vergisini ödəməyə, nədəki mülkiyyətini sənədləşdirləsminə maraqlı olmurlar”

“Əmlak vergisinin həcmini son dörd ildə 2.6 dəfə artırmağa nail olmuşuq”- bu fikirləri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin sədri Nigar Məmmədova  bildirib.

Sədrin sözlərinə görə, bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi bu gün  büdcə gəlirlərini artırmağa və vergi ödəyiciləri arasında maarifləndirmə işlərinə yönəlib.

Görülən işlərin nəticəsidir ki, 2020-ci ildə 89.459 manata qarşı 2023-cü ildə 238.087 manat  əmlak vergisi toplanlıb. Hazırda  bu istiqamətdə ciddi addımlar atılır. Qeyd edim ki, bu rəqəm  2021-ci cildə 164.985 manat, 2022-ci ildə isə 192.889 manat olmuşdu.  

Xanım sədr açıqlamasında bildirib ki, BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazasına inteqrasiya edilməsi, həmçinin proqramın yenilənməsi fəaliyyətimizə ciddi dəstək verib.

Hazırda BAMS prorqamına ərazidə olan 14.044 əmlak qeydiyyata alınıb. Proses davam edir.Əlavə edim ki, hələ 8.000-ə yaxın əmlakın qeydiyyata alınmasıyla bağlı işlər davam edir. Çətinliyimiz ondadır ki, vətəndaşlar bəzən nə vergisini ödəməyə, nədəki mülkiyyətini sənədləşdirləsminə maraqlı olmurlar.  Təsəvvür edin ki, ərazidə olan 24 minə yaxın əmlakın yalnız  1.800-ü sənədlidir. Onun da 1.235-i  mənzil, 523- isə torpaq üzrə olan mülkiyyət sənədidir.  Mükliyyət sənədlərinin olmaması büdcə gəlirlərimizə də problem yaradır.

Hazırda əldə etdiymiz maliyyə vəsaitinin bir qismini icra və probasiya şöbəsinin dəstəyi ilə əldə edirik. Belə ki, ötən il 304 təqdim etdiyimiz aktın 246 icraya qəbul olunub. İl ərzində isə 101- i icra edilib. Bu istiqamətdən il ərzində bələdiyyə büdcəsinə 19.354 manat  daxil olmuşdur.  

Hazırda bələdiyyəmizin xəritəsinin təqdim edilməməsi, bununla yanaşı küçə adlarının və ünvanlarının verilməməsi həm sakinlərimizə həm də fəaliyyətimizə ciddi problem yaradır.  Bu problemlərin həlli həm büdcə vəsaitlərinin artmasına, həm də vətəndaş məmnunluğunun təmin edilməsinə səbəb olacaq.

Binəqədi RİH-in təşəbbüsü ilə bir sıra layihələrin icrasına nail olmuşuq. Hazırda bir şəhid ailəsini himayəyə götürməklə yanaşı, ərazidə yaşayan şəhid və qazi ailələrinə və aztəminatlı ailələrə maddi və mənəvi dəstəyi göstərməkdəyik.

Kollektivimiz var qüvvəsiylə çalışır. Əgər bələdiyyənin ötən illərdən yığılıb qalmış 110 min manatlıq DSMF borcunu bağlaya bilmişiksə demək bu prblemlər öz həllini tapmış olsa daha böyük uğurlara imza atmış olarıq.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər