Xətai Bələdiyyəsinin kollektivi bayram günü şəhid anaları ilə görüş keçiriblər
Xətai
RİH-in təşəbbüsü və Xətai Bələdiyyəsinin təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq
Qadinlar günü şəhid anaları ziyarət olunub. Ziyarətə Xətai bələdiyyəsinin rəsmiləri
və qulluqçuları qatılıblar. Hər bir şəhid ailəsinin xanım üzvünə Xətai bələdiyyəsi
adından bayram hədiyyəsi təqdim olunub.
Ziyarət
iştirakçıları şəhid ailələrinin evlərini
ziyarət edərkən hər birinin xatirəsinə ehtiram əlaməti olaraq güşələrinə baxış
keçirib, ruhlarına rəhmət diləyib.
Görüş
zamanı hər bir şəhid ailəsinin üzvü diqqətlə dinlənilib onların qarşılaşdığı
problem və müraciətlər dinlənilib.
Görüşdə Xətai Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva iştirak edib.